İki aləmin xanımı həzrət Fatiməi-Zəhranın təvəllüdü

17 May 2024

08:11

۴۴۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-cı il cumadis-saniyə ayının 20-i, miladi 2021 fevralın 3-ü həzrət Fatimei-Zəhra əleyha səlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İki aləmin xanımı həzrət Fatiməi-Zəhranın təvəllüdü

Hicri-qəməri 1442-cı il cumadis-saniyə ayının 20-i, miladi 2021 fevralın 3-ü, həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) gözünün işığı, ürəyinin parası, ruhu və canı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) həyat yoldaşı və himayədarı, imam Həsən, imam Huseyn, həzrət Zeynəb və Ummu Külsümün mehriban anası və tərbiyəvi müəllimi, iki dünya xanımlarının ən şərəflisi həzrət  Fatimei-Zəhra əleyha səlamın təvəllüd günüdür. Bu gün bütün dünya müsəlmanları üçün əlamətdar və şərəfli gün olmaqla bərabər, varlıq aləminin ən zəhmətkeş və dəyərli insanları olan mehriban anaların bayramı və böyük sevinc günüdür. Bütün əziz bacı və anaları bu əzəmətli gün münasibətilə təbrik edir və onlara həzrət Zəhranın (əleyhasəlam) yolunun həqiqi davamçıları olmağı arzulayırıq.

İltimas dua!


Etiketlər :

Həzrət Fatimei-Zəhra əleyha səlamın təvəllüd günüdür