Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri

17 May 2024

07:35

۳,۴۹۰

Xəbərin xülasəsi :
Bu gecə çox şərəfli gecədir, bu gecədə Quran oxuyub dua etmək çox tövsiyə olunmuşdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri

1. Bu gecə çox şərəfli gecədir, bu gecədə Quran oxuyub dua etmək çox tövsiyə olunmuşdur.

2. Bəzi alimlərin dediyinə əsasən qüsl etmək lazımdır. Peyğəmbərdən (s) nəql olunur ki, hər kim Rəcəb ayına daxil ola və ayın əvvəlində, ortasında və axırında qüsl ala, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar.

3. İmam Hüseyni (ə) ziyarət etmək.

4. Məğrib namazından sonra iyirmi (iki-iki) rükət namaz qılmaq; hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini oxumaq lazımdır. Hər kəs bu namazı qılsa, özü, ailəsi və mal-dövləti qəbir əzabından amanda olar və Sirat körpüsündən işıq sürəti ilə keçər.

5. İşa namazından sonra iki rükət namaz. Birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İnşirah” surəsini, üç dəfə “İxlas” surəsini, ikinci rükətdə “Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və “Nas” surələri oxunur. Salamlardan sonra isə otuz dəfə La ilahə illəllah demək və otuz dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılsa, yeni anadan olmuş uşaq kimi günahları silinər.

6. Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və üç dəfə “İxlas” surəsini oxumaq lazımdır.

7. Kəfəminin “Misbah”da gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbulbəxtəri Vəhb ibn Vəhb İmam Sadiqdən(ə), o da Əmirəlmöminin Əlidən(ə) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, ehya saxlayıb ibadətə məşğul olardı. Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinin gecəsi, Fitr və Qurban bayramlarının gecələrini. İmam Məhəmməd Cavadın(ə) belə buyurduğu nəql olunur; Bu duanı Rəcəb ayının ilk gecəsində işa namazından sonra oxumaq müstəhəbdir:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي‏] بِكَ طَلِبَتِي اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي

Əllahummə inni əs`əlu­kə bi­ən­nəkə məlik, və ənnə­kə əla kul­li şəy`in muqtə­dir, və ən­nə­kə əla ma təşau min əmrin yə­kun, Əllahum­mə inni ətəvəc­cə­hu iləykə binəbiyyikə Mu­həm­mədin nə­biy­­yir rəhməh, səl­ləl­la­hu ə­ləyhi və alih, ya Mu­həm­mə­du ya rəsuləllah, in­ni ətə­vəc­cəhu bikə iləllahi rəb­bi­kə və rəbbi, liyuncihə (ila) bi­kə təli­­ti, Əllahummə bi­nə­­biy­yikə Mu­həmmədin vəl əim­məti min əhli bəytih, səl­ləllahu ələyhi və ələy­him əncih təlibəti.

 İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! İlahi, rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz gətirmişəm! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Məhəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona onlara) xatir, hacətimi rəva et!

Sonra öz hacətlərini istə!

Mənbə: Məfatihul-cinan kitabı, Rəcəb ayının əməlləri bölməsi.


Etiketlər :

Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri