Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadəti
03 September 2026
11:55
۹۳۳
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismillahir-Rahmənir-Rahim
Həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadətiHicri-qəməri 1442-ci il, rəcəb ayının 3-ü, miladi 2021-ci il mart ayının
15-i məşhur nəzərə əsasən, həzrət Əliyyən-Nəqi İmam Hadi əleyhissəlamın şəhadət
günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət Sahib əz-Zaman əleyhissəlama
təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütün haqsevən
insanlara başsağlığı veririk. Ümid edirik Əhli-beyt aşiqləri o həzrətin ziyarətindən
məhrum qalmasınlar və bu şəhadət günündə hüzn-kədərləri ilə Peyğəmbər və Ali
Peyğəmbərə (sallallahu əleyhi və alih) təsəlli olsunlar, inşa Allah.
Həzrət Hadi əleyhissəlam buyurur:
“مَنْ هَانَتْ عَلَيْهِ نَفْسُهُ فَلَا تَأْمَنْ شَرَّه”
“Öz şəxsiyyətini və ehtiramını dəyərsiz, nalayiq qiymətləndirən insanın
şərrindən və fəsadından asudə və arxayın olma.”[1]
Başqa bir hədisdə həzrət buyurur:
خَيْرٌ مِنَ الْخَيْرِ فَاعِلُهُ وَ أَجْمَلُ مِنَ الْجَمِيلِ قَائِلُهُ وَ
أَرْجَحُ مِنَ الْعِلْمِ حَامِلُهُ وَ شَرٌّ مِنَ الشَّرِّ جَالِبُهُ وَ أَهْوَلُ
مِنَ الْهَوْلِ رَاكِبُهُ
Xeyir işdən daha yaxşısı onu
edən insandır, gözəl kəlamdan daha gözəli onu deyəndir, elmdən daha üstünü
elmin sahibidir, pis işdən daha pisi onu edəndir, vəhşətli işdən daha vəhşətlisi
onu edəndir.[2]