Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

25 April 2024

02:44

۵۵۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il rəcəb ayının 10-u, miladi tarixi 2021-ci il fevralın 22-i imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu, həzrət Rzanın (əleyhissəlam) əziz oğlu, imam Muhəmməd Təqi əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1442-ci il rəcəb ayının 10-u, miladi tarixi 2021-ci il fevralın 22-i imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu, həzrət Rzanın (əleyhissəlam) əziz oğlu, imam Muhəmməd Təqi əleyhissəlamın təvəllüd günüdür. Bu əziz və bərəkətli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və ağamız həzrət Vəliyyi-Əsr imam Zaman əleyhissəlama, həmçinin dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik!

Doqquzuncu İmam - həzrət Cavadul-Əimmə əleyhissəlam buyurur:

»ثَلاثٌ یبْلُغْنَ بِالْعَبْدِ رِضْوانَ اللّهِ تَعالی: کثْرَةُ الاْسْتِغفارِ وَ لِینُ الْجانِبِ و کثْرةُ الصَّدَقَةِ وَ ثَلاثٌ مَنْ کنَّ فیهِ لَمْ ینْدَمْ: تَرْک الْعَجَلةِ وَ المْشَوَرَةِ وَ التَّوَکلِ عَلی اللّهِ عِنْدَ الْعَزْمِ«

“Hər şəxsdə üç xüsusiyyət varsa, Allah-taalanın xoşnudluğuna səbəb olar; çox istiğfar etmək, yumşaq xasiyyət, çox sədəqə vermək və üç xüsusiyyət də insana peşmanlıq gətirməz; tələskənlik və əcələliyi tərk etmək, işlərdə məşvərət etmək, qəti qərara gəldikdən sonra Allaha təvəkkül etmək.”

Mənbə: Musnədul imam Cavad (əleyhissəlam), səh. 247; Əl-Fusulul-muhimmə, səh. 274





Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü