Həzrət İmam Həsən Müctəbanın təvəllüdü

15 May 2024

16:35

۴۱۳

Xəbərin xülasəsi :
Hicri qəməri 1442-ci il Ramazan ayının 15-i, miladi 2021-ci il aprel ayının 28-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəlbinin nuru, Əhli-beytin (əleyhimussəlam) ilk övladı imam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Həsən Müctəbanın təvəllüdü

Hicri qəməri 1442-ci il Ramazan ayının 15-i, miladi 2021-ci il aprel ayının 28-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəlbinin nuru, Əhli-beytin (əleyhimussəlam) ilk övladı imam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevimli günün münasibəti ilə ilk növbədə zamanımızın Hüccəti və imamı həzrət Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və tərəfdarlarına təbrik deyir Allah-taaladan mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını diləyirik.

Həzrət İmam Həsən əleyhissəlamın dünyaya gəlişi bütün gözəlliklərin şükufələnməsi və aşkara çıxmasıdır. İnşa Allah bu əziz gündə sevincimizi İmam Zamanın sevincinə qovuşduraq. “Həsən” sözünün mənası gözəl deməkdir; həm özü gözəl, həm gəlişi gözəl, bir sözlə Allah-taala bu mövlud vasitəsilə həyatın bütün gözəlliklərini bəşərə göstərmişdir…

Allah dualarınızı qəbul etsin!


Etiketlər :

Həzrət İmam Həsən Müctəbanın təvəllüdü