Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü
23 September 2026
08:48
۶۶۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günüHicri-qəməri 1442-cı il şəvval
ayının 25-i imamət və xilafət səmasının parlaq ulduzu Peyğəmbər (sallallahu əleyhi
və alih) canişinlərinin altıncısı həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın
şəhadət günüdür. Bu əzəmətli müsibəti ilk növbədə zamanın imamı həzrət Bəqiyyətillah,
Hüccət ibn Həsənə (əccəlallahu təala fərəcəh) təsəlli verir və həmçinin bütün
möminlərə başsağlığı deyirik. Ümid edirik əziz möminlər Əhli-Beytin (əleyhimussəlam)
təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalanın dərgahında
layiqli ibadətlərə nail olsunlar, İnşa Allah!
Həzrət Sadiq əleyhissəlamdan bir hədis:
Həzrət Sadiq əleyhissəlam buyurmuşdur:
لا يَكْمُلُ إيمانُ الْعَبْدِ حَتّى تَكُونَ فيهِ
أرْبَعُ خِصال: يَحْسُنُ خُلْقُهُ، وَ سَيْتَخِفُّ نَفْسَهُ، وَ يُمْسِكُ
الْفَضْلَ مِنْ قَوْلِهِ، وَ يُخْرِجَ الْفَضْلَ مِنْ مالِهِ.
“İnsanda dörd xislət olmayınca onun imanı kamil olmaz: əxlaqı gözəl
olsun, özünü kiçik tutsun, danışığına məhəl qoysun, malının artığını-həqqullah
və həqqunnası-ödəsin.”1
1-“Əl-Əmali”,
Mərhum Şeyx Səduq, səh. 253
İltimas dua