Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü

05 May 2024

20:33

۴۴۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il, zil-qə`də ayının 1-i, miladi 2021-ci il iyunun 12-i həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) əziz qızı və imam Rzanın (əleyhissəlam) sevimli bacısı Xanım Fatiməi-Məsumənin (əleyhasəlam) dünyaya gəldiyi gündür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatiməi-Məsumənin (əleyhasəlam) təvəllüdü

Əhli-Beytin (əleyhimussəlam) kəraməti

Hicri-qəməri 1442-ci il, zil-qə`də ayının 1-i, miladi 2021-ci il iyunun 12-i həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) əziz qızı və imam Rzanın (əleyhissəlam) sevimli bacısı  Xanım Fatiməi-Məsumənin (əleyhasəlam) dünyaya gəldiyi gündür. O həzrətin əziz atası həzrət imam Musayi-Kazim əleyhissəlam və mehriban anası həzrət Nəcmə Xatun, həzrət imam Rza əleyhissəlamın anası olmuşdur. Əhli-Beytin (əleyhimussəlam) sevinc və fərəhinə səbəb olan bu əziz və şad gündə bütün mömin bacı-qardaşları, xüsusən də “qızlar bayramı” adı ilə çiçəklənən bu fərəhli gündə mehriban övladlarımıza və məsumə qızlarımıza səmimi təbrik deyir, hamınızın səadətli və xoşbəxt olmağınızı arzu edirik.

Xanım Məsumənin (əleyhasəlam) fəzilət və kəramətləri barəsində Əhli-Beyt əleyhimussəlam tərəfindən və eləcə də böyük alimlərin dili ilə əzəmətli kəlmələr qeyd edilmişdir və bunun üçün ayrıca bir vaxtda məlumat verəcəyik. Lakin burada bu qədər desək kifayətdir ki, Əhli-Beyt (əleyhimussəlam) məktəbinin böyük şəxsiyyətləri həzrət Məsumədə (əleyhasəlam) Fatiməi-Zəhra əleyhasəlamın həqiqətinin təcəlli etdiyini qeydə almışlar və o Həzrətin müqəddəs Qum şəhərində yerləşən şərafətli məzarını ziyarət etmək alimlər və elm sahiblərinin böyük arzularından olmuşdur.

Həmçinin, hicri-qəməri 148-ci ili, zil-qə`də ayının 11-də həzrət imam Rza əleyhissəlam müqəddəs Mədinə şəhərində dünyaya gəlmişdir. Əlbəttə, o Həzrətin zil-hiccə ayının 11-də dünyaya gəlişi barəsində də tarixi qeydlər vardır, lakin məşhur budur ki, imam Rza əleyhissəlam zil-qə`də ayının 11-də dünyaya göz açmışdır.

Beləliklə, bu iki mövlud münasibəti ilə zil-qə`də ayının 1-dən 11-nə qədər  olan tarixdə Əhli-Beyt əleyhimussəlamın davamçıları tərəfindən “Kəramət günləri” və ya “Kəramət ongünlüyü” ünvanı ilə qeyd edilir və həmçinin, zil-qə`də ayının 1-ni təqvimdə “Qızlar günü” də adlandırırlar. Bu sevindirici münasibət səbəbi ilə bütün mömin bacı və qardaşlara təbrik deyir, müsəlman ailələrinə şadlıq və səadət arzulayırıq.

İltimas dua.


Etiketlər :

Əhli-Beytin (əleyhimussəlam) kəraməti