Həzrət imam Rza əleyhissəlamın təvəllüdü

05 May 2024

14:32

۴۵۹

Xəbərin xülasəsi :
Hicri qəməri 1442-cı il zil-qədə ayının 11-i, miladi 2021-ci il iyun ayının 22-i imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Rza əleyhissəlamın təvəllüdü


Hicri qəməri 1442-cı il zil-qədə ayının 11-i, miladi 2021-ci il iyun ayının 22-i imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın təvəllüd günüdür. Bu xoş və sevindirici gün münasibətilə həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyir və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə gözaydınlığı veririk.

Həzrət imam Rza  əleyhissəlamın durəfşan kəlamlarından

لا يَتِمُّ عَقْلُ امْرِء مُسْلِم حَتّى تَكُونَ فيهِ عَشْرُ خِصال: أَلْخَيْرُ مِنْهُ مَأمُولٌ. وَ الشَّرُّ مِنْهُ مَأْمُونٌ. يَسْتَكْثِرُ قَليلَ الْخَيْرِ مِنْ غَيْرِهِ، وَ يَسْتَقِلُّ كَثيرَ الْخَيْرِ مِنْ نَفْسِهِ. لا يَسْأَمُ مِنْ طَلَبِ الْحَوائِجِ إِلَيْهِ، وَ لا يَمَلُّ مِنْ طَلَبِ الْعِلْمِ طُولَ دَهْرِهِ. أَلْفَقْرُ فِى اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْغِنى. وَ الذُّلُّ فىِ اللّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْعِزِّ فى عَدُوِّهِ. وَ الْخُمُولُ أَشْهى إِلَيْهِ مِنَ الشُّهْرَةِ. ثُمَّ قالَ(عليه السلام): أَلْعاشِرَةُ وَ مَا الْعاشِرَةُ؟ قيلَ لَهُ: ما هِىَ؟ قالَ(عليه السلام): لا يَرى أَحَدًا إِلاّ قالَ: هُوَ خَيْرٌ مِنّى وَ أَتْقى

Müsəlman şəxsin tam aqil və düşüncəli adlanması, yalnız bu on xislətə və xüsusiyyətə malik olduqdan sonra mümkündür: 1-Onun xeyir əməlinə ümid edəsən; 2-Pis əməlindən amanda qalasan; 3-Digərinin yaxşı əməlini, hərçənd az da olsa, çox saysın; 4-Öz xeyir əməlini çox olsa belə, az saysın; 5-Ondan çox hacət istədikdə, sıxıntı və narahatlıq keçirməsin; 6-Həyatı boyu elm kəsb etməkdən yorulmasın; 7-Allah yolunda fəqirlik və kasıblığı üstün tutsun; 8-Allaha xatir zəlil olmağı, düşmən qarşısında əziz və qalib olmaqdan uca sansın; 9-Adının və ehtiramının gizli qalmasını gözə görsənib dilə düşməkdən üstün tutsun; 10-Heç bir şəxsi özündən aşağı və kiçik sanmasın və hamını üstün tanısın.[1]

İltimas dua


[1] Biharul-Ənvar, mərhum Əllamə Məclisi, cild-75, səh. 336; Tuhəful-uqul, mərhum Tureyhi, səh. 443







Etiketlər :

Həzrət imam Rza əleyhissəlamın təvəllüdü