Həzrət Əliyən-Nəqi İmam Hadi əleyhissəlamın təvəllüdü
27 April 2024
11:15
۳۵۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismillahir-Rahmənir-Rahim
Hicri-qəməri 1442-ci il zul-hiccə
ayının 15-i, miladi 2021-ci il iyul ayının 26-ı imamət və vilayət səmasının
onuncu parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd
günüdür. Bu əziz, fərəhli və şərəfli günün münasibətilə Əhli-beyt əleyhimussəlama,
xüsusən o Həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif)
təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara, məxsusən Əhli-beyt
(əleyhimussəlam) sevərlərinə gözünüz aydın və mübarək olsun deyirik. Ümid
edirik Allah-təala mömin bacı-qardaşların müqəddəs Qurana, həzrət Peyğəmbərə
(sallallahu əleyhi və alih) və Əhli-beytinə (əleyhimussəlam) məhəbbətli və itaətkar
olmaları naminə onlara həyatda böyük nailiyyətlər və əzəmətli məqamlar nəsib
etsin, inşa Allah.
Həzrət imam Hadi əleyhissəlam
212-ci və ya 214-cü hicri- qəməri ilinin belə bir günündə müqəddəs
Mədinə şəhərinin yaxınlığında dünyaya göz açmışdır. Həzrətin təvəllüdü ilə
bağlı digər bir neçə nəzəriyyə də qeyd olunubdur, lakin məşhur nəzərə müvafiq nəzər
budur ki, Həzrət zil-hiccə ayının 15-də dünyaya gəlmişdir.
Həzrətin adı Əli, əziz atasının adı
Muhəmməd (imam Cavad) əleyhissəlam, mehriban anasının adı isə həzrət Səmanə
olmuşdur ki, xalq arasında Ummul-Fəzl adı ilə tanınmışdır.
Həzrət imam Əliyyən Nəqi əleyhissəlamın
kunyəsi üçüncü Əbul-Həsən, məşhur ləqəbləri isə Nəcib, Murtəza, Hadi, Nəqi,
Alim, Fəqih, Əmin, Mötəmin, Təyyib, Əskəri, Fəqihe Əskəri və İbnur-Riza (əleyhissəlam)
olmuşdur.[1]
Sevinc və fərəh gətirən bu günün münasibəti ilə həzrət imam Hadi əleyhissəlamın dürəfşan kəlamlarında birini əziz möminlərə təqdim edirik.
Həzrət imam Əli ibn Muhəmməd Hadi (əleyhiməssəlam) buyurur:مَن هانَت عَلَیهِ نَفسُهُ فَلا تَأمَن شَرَّه
"Öz dəyər və şəxsiyyətini itirmiş şəxsin şərrindən və ziyanından
xatircəm olma"[2]
Mənbə: