Həzrət imam Cavad əleyhissəlamdan hədis
15 October 2026
16:29
۴۳۵
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Cavad əleyhissəlamdan xanım Məsumənin (əleyhasəlam) mənəvi məqamı barədə hədisHəzrət Fatimei Məsumə əleyhasəlamın uca mənəvi məqama malik olmasını
bilmək
üçün yalnız bunu qeyd etmək kifayətdir ki, Məsum imamlar (əleyhimussəlam) o Həzrətin tövsifində
yüksək kəlamlar buyurmuşlar. Belə ki, Həzrət imam Kazim əleyhissəlamın övladları
arasında həzrət Məsumə əleyhasəlam İmamların nəzərini özünə cəlb etmiş və o Həzrətin
ziyarəti barəsində tövsiyələr etmişlər. Həzrət imam Sadiq əleyhissəlam, imam
Rza əleyhissəlam və imam Cavad əleyhissəlam Xanım Məsumənin (əleyhasəlam) ziyarətinin
böyük savaba malik olmasını qeyd etmişlər. Həzrət Sadiq əleyhissəlam Xanımın məqamını
tanıyaraq onu ziyarət etməyin nəticəsini Behiştlə dəyərləndirmiş və onun şəfaətini
bütün şiələrə şamil olduğunu bəyan etmişdir.
Həzrət imam Cavad əleyhissəlam bir hədisdə buyurur:
مَنْ زَارَ عَمَّتِی بِقُمَّ فَلَهُ الْجَنَّةُ
“Hər kəs Qum şəhərində bibim Məsuməni (əleyhasəlam) ziyarət etsə, yeri Behişdir.” (1)
Mənbə: Biharul-ənvar, cild-48, səh. 316