Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

07 May 2024

13:06

۲۴۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il rəcəb ayının 15-i, miladi 2022-ci il fevralın 17-i Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

Hicri-qəməri 1443-cü il rəcəb ayının 15-i, miladi 2022-ci il fevralın 17-i Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür. Həzrət Əlinin (əleyhissəlam) və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) qəm, qüssə, hüzn və müsibətlə qocalan bu dözümlü və istiqamətli qızı, tarixdə həzrət Seyyiduş-şuhədanın (əleyhissəlam) və Kərbəla şəhidlərinin adları yaşadıqca yaşayacaqdır. Səbir və təqva nümunəsi, Bəni Haşimin əqiləsi, Ali Əlinin reyhanəsi həzrət Zeynəbin (əleyhasəlam) bu əzəmətli və qüssəli gündə vəfat etməsini Əhli-beytin (əleyhimussəlam) hüzuruna, xüsusən ağamız həzrət Sahib-əz Zaman əleyhissəlama təsəlli deyir və bütün şiələrə başsağlığı bildirərək, əziz mömin və möminə bacı-qardaşlara Kərbəla aşiqlərinə münasib və layiqli əməl, rəftar və həyat arzulayırıq.

İltimas dua

Etiketlər :

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı