Mübarək Ramazan ayının gəlişi
23 September 2026
11:33
۳۴۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gəlişi
Hicri qəməri 1443-cü il ramazan ayının 1-i, miladi 2022-ci il aprelin 3-ü ibadət aylarının ən yüksəyi Allah-taalanın ziyafət ayının ilk günüdür. Bu gözəl və əzəmətli ayın gəlişini bütün müsəlmanlara, xüsusən Quran və Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə səmimi təbrik deyir, bu paklıq və mənəviyyat ayında sizlərə ən gözəl bəndəçilik və İlahi məqamlar arzulayırıq.
Ramazan ayının birinci gününün duası:
اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
Əllahumməc`əl siyami fihi siyaməs saimin və qiyami fihi qiyaməl qaimin və nəbbihni fihi ən nəvmətil ğafilin və həb li curmi fihi ya İlahəl aləmin və`fu ənni ya afiyən ənil mucrimin.
“İlahi! Bu gün mənim orucumu həqiqi oruc tutanların orucundan və Sənə ibadətimi saleh bəndələrinin ibadətindən hesab et; məni qəflətdə yatanların yuxusundan oyat; günahlarımı bağışla. Ey aləmlərin Allahı və ey günahkarları əfv edən!”
İltimas dua!