Ramazan ayının iyirmi dördüncü gününün duasının qısa şərhi
03 September 2026
07:54
۴۰۲
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi dördüncü gününün duasının qısa şərhi
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيهِ مَا يُرْضِيكَ وَ أَعُوذُ بِكَ مِمَّا يُؤْذِيكَ وَ أَسْأَلُكَ التَّوْفِيقَ فِيهِ لِأَنْ أُطِيعَكَ وَ لا أَعْصِيَكَ يَا جَوَادَ السَّائِلِينَ
“Əllahummə inni əs`əlukə fihi ma yurzikə və əuzu bikə mimma yu`zikə və əs`əlukət təvfiqə fihi li ən utiəkə və la ə`siyəkə, ya cəvadəs-sailin.”
“İlahi! Bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Sənə əziyyət verən əməllərdən Sənə pənah aparıram; İstəyirəm Sənə itaət etməyə və günahdan çəkinməyə məni müvəffəq edəsən; Ey hacəti olanlara bəxşiş edən və səxavətli Allah!”
Duanın əsas kəlmələri və ifadələri:
Səni razı salan; Sənə əziyyət verən; İtaət etmək müvəffəqiyyəti; Hacəti olanlara bəxşiş edən.
Duanın möminlərə sifariş və peyğamları:
1-Həzrət Sadiq əleyhissəlam: Hər kəs Allahın əməlləri müqabilində razı və təslim olmaq məqamına çatsa, bəndəliyin bütün mərtəbələrinə çatmışdır; (Misbahuş-şəriət və miftahul-həqiqət, səh. 483)
2-Allah-taalaya kimsə əziyyət edə bilməz, Allah belə sifətlərdən pak və uzaqdır, əziyyət etmək ifadəsi kinayədir və əməlin Allah dərgahında xoşagəlməzliyini çatdırır; (Əl-Mizan, cild-6, səh. 508)
3-Çalışmadan və zəhmət çəkmədən müvəffəqiyyətə çatmaq üçün dua etmək səmərə verməz; Həzrət Rza əleyhissəlam: Hər kəs çalışmadan və səy göstərmədən Allahdan müvəffəqiyyət diləsə, özünü istehza və məsxərə etmişdir. (Biharul-Ənvar, cild-75, səh. 356)
4-Paxıllıq hər nə qədər həqarət, zəiflik və kiçiklik nişanəsidirsə, bəxşiş etmək və səxavətli olmaq da insanda iman və yüksək şəxsiyyət nişanəsidir. (Şərafətul-əsxiya və rəzalətul-buxəla, səh. 4-5)
İlahi! Müqəddərat müqabilində möminlərin təslim və razı olmaları üçün imanların gücləndir; Sənin narazılığına səbəb olan əməllərdən onları agah və uzaq et; Sənə layiqli itaət etmək üçün onlara qüvvət və iradə ver, Amin, ya Rabbil aləmin!