Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri

05 May 2024

23:54

۲۲۴

Xəbərin xülasəsi :
Ramazan ayının iyirmi yeddinci gecəsi fəzilətli gecələrdən sayılır. Məsumlardan yetişən hədislərə əsasən, bu gecədə xüsusi əməllər zikr edilmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri

Ramazan ayının iyirmi yeddinci gecəsi fəzilətli gecələrdən sayılır. Məsumlardan yetişən hədislərə əsasən, bu gecədə xüsusi əməllər zikr edilmişdir, o cümlədən:

1.Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin leyhissəlam) bu gecədə aşağıdakı duanı çox oxuyardı:

اللَّهُمَّ ارْزُقْنِي التَّجَافِيَ عَنْ دَارِ الْغُرُورِ وَ الْاِنَّابَةَ إِلَى دَارِ الْخُلُودِ وَ الاسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُولِ الْفَوْتِ

Əllahummərzuqnit təca­fi­yə ən daril ğurur, vəl inabətə ila daril xulud, vəl isti`dadə lil məvti qəblə hululil fəvt.

İlahi! Fani qürur evindən (bu dünyadan) uzaqlaşmağı və əbədi evə qayıtmağı, eləcə də ölüm vaxtı çatmazdan ölümə hazır olmağı mənə nəsib et!

2. Gecəni oyaq olmaq (Ehya saxlamaq);

3. Həzrət Hüseynin leyhissəlam) ziyarəti;

4. Altı rəkət namaz (iki rəkət, iki rəkət);

5. Otuz rəkət namaz. Hər rəkətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxumaq. Bu namazı mərhum İbni Tavus həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çoxlu fəzilətlə nəql edib;

6. On iki rəkət (iki-iki) namaz. Hər rəkətdə “Həmd”, “İxlas”, “Fələq”,”Nas” və “Ayətəl-kürsi”ni bir dəfə, “Qədr”surəsini isə dörd dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra dörd dəfə deyin:

اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا

Əllahu Əllahu Rabbi la uş­ri­ku bihi şəy`ən və la ət­təxizu min dunihi vəliy­ya.

Allah mənim Rəbbimdir; mən ona heç bir şeyi şərik qoşmuram və Ondan başqasını özümə himayədar seçmərəm.

Sonra ürəyin istəyən duanı et. Bu namazı mərhum Seyid həzrət Sadiqdən leyhissəlam) nəql etmişdir


Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin əməlləri.



Etiketlər :

Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri