“Fatimiyyə” günləri

03 May 2024

14:20

۱۸۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin
(bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq

Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) fəzilətləri

Bu günlər Fatimiyyə günləri və islamın əzəmətli müsibəti, xanım Siddiqei-Kubra, Fatimei-Zəhranın (əleyhasəlam) şəhadəti ilə müsadifdir. Həmd olsun Allaha ki, ölkəmizdə xalq, ziyalılar və tələbələr arasında son bir neçə ildə bu günlərin münasibətinə xüsusi diqqət olunur. Hərçənd, Fatimiyyə mövzusu keçmiş zamanlardan böyük şəxsiyyətlər tərəfindən qeyd edilmiş və bu günlərdə əzadarlıq məclisləri keçirilərdi. Bizim öz evimizdə Fatimiyyə günlərində 60 ildən çox bir zamanda rövzə məclisləri keçirilir. Böyük təqlid mərcələri, o cümlədən, mərhum Ayətullah Uzma Burucerdi, mərhum İmam, mərhum Əllamə Təbatəbai və digər təqlid mərcələri Fatimei-Zəhra (əleyhasəlam) üçün əzadarlıq məclisləri bərpa etmək və bu məclislərdə iştirak etmək əzmində olmuşlar.

Bu mövzuda diqqət edilməli ilk mətləb ki, əgər bir müsəlman şəxs, istər şiə, istərsə də sünni ola, o mətləbə diqqət etsə, bir çox şübhələr həll olunar və bir çox suallara cavab verilər, bu mətləbdir ki, Fatimə kimdir və necə bir həqiqətdir?

Əgər biz bu şərafətli vücudu, yalnız həzrət Peyğəmbər əkrəmin (sallallahu əleyhi və alih) qızı məhdudluğunda görsək, müəyyən bir nəticələrə çatacağıq. Amma əgər bir miqdar artıq diqqət yetirsək və bu əziz vücudun Allah-taalanın və Peyğəmbərin yanında olan məqam və dərəcəsini nəzərdən keçirsək, o zaman bir çox tarixi və əqidə məsələləri həll edilmiş olacadır.

Hədis kitablarında cənab Cabirdən bir hədis nəql olunmuşdur ki, imam Sadiqdən (əleyhissəlam) belə nəql edir:

«قال: قلت لم سمّيت فاطمة الزهراء زهراء؟»

“İmam Sadiqə (əleyhissəlam) ərz etdim ki, həzrət Fatimei-Zəhraya (əleyhasəlam) nə üçün Zəhra adı verilmişdir?” 

Öncə deyək ki, başqa bir hədisdə belə qeyd edilir ki, Allah yanında həzrət Fatimei-Zəhranın doqquz adı vardır və bu da çox əhəmiyyətli bir mətləbdir. Amma yuxarıda qeyd edilən hədisdə sual budur ki, nə üçün o Həzrətin adlarından biri “Zəhra” adıdır?

Həzrət bu sualın cavabında buyurur:

«لأن الله عزوجل خلقها من نور عظمته»

“Ona görə ki, Allah-taala Fatimei-Zəhranı (əleyhasəlam) Öz əzəmətli nurundan xəlq etmişdir.”

(ardı var)



Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq