“Fatimiyyə” günləri

03 May 2024

18:44

۱۹۸

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin
(bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq
(ardı)

Həzrət Peyğəmbər və Əmirəl-möminin barəsində də belə təbir qeyd edilmişdir ki, onlar da Allah-taalanın əzəmətli nurundan xəlq olunmuşlar. Buradan məlum olur ki, həzrət Zəhranın (əleyhasəlam) xilqəti əvvəldən adi bəşər xilqətindən fərqli olmuşdur. Təbii ki, bəşərin hamısı Allah tərəfindən xəlq edilmişlər, amma Allahın nurundan xəlq olunmamışlar. Əgər bütün bəşər Allahın nurundan xəlq edilmiş olsaydılar, onda heç bir bəşər günah və təqsir etməzdi. Fatimei-Zəhra Allahın nurundan xəlq olunmuşdur, özü də Allahın əzəmətli nurundan, yəni Allah-taalanın olduqca əhəmiyyətli olan əzəmətli yönündən. Mənası budur ki, bu məxluq, əzəmətli və böyük bir məxluqdur, çünki Allahın əzəmətli nurundan xəlq olunmuşdur.

«فلمّا أشرقت أضاء السماوات و الارض بنورها»

“Zahir olduqda göylər və yer Fatimei-Zəhranın (əleyhasəlam) nurundan işıqlandı.” Hədisin davamında Allah-taala mələklərə buyurur:

«هذا نورٌ من نوري و أسکنته في سمائي خلقته من عظمتي»

“Bu nur, Mənim nurumdandır, onu Öz əzəmətimdən yaratdım və asimanımda sakin etdim...”

(عن جابر عن ابی عبدالله علیه السلام قال:قلت له لم سمیت فاطمه؟ فقال لان الله خلقها من نور عظمته فلما اشرقت اضائت السماوات و الارض بنورها و غشیت ابصار الملایکه و خرت الملایکه لله ساجدبن و قالو الهنا و سیدنا ما هذا النور؟ فاوحی الله الیهم هذا نور من نوری اسکنته فی سمائی و خلقته من عظمتی اخرجه من صلب نبی من انبیایی افضله علی جمیع الانبیا و اخرج من ذلک النور ائمه یقومون بامری و یهدون الی حقی و اجعلهم خلفایی فی ارضی بعد انقضاء وحیی(.

Bu məsələnin çox aydın bir nəticəsi vardır ki, həzrət Fatimə (əleyhasəlam) başqalarından tam fərqlənir. Peyğəmbərin heç bir xanımı Allahın əzəmətli nurundan xəlq olmamışdır. Fatimei-Zəhradan (əleyhasəlam) başqa heç bir xanım Allahın əzəmət nurundan yaranmamışdır. Dünya qadınlarının arasında bəzi yüksək xanımlar, o cümlədən, Məryəm bint İmran, Asiya və s. kamil qadın simalarıdır, lakin onlar Allahın əzəmət nurundan xəlq olmamışlar.




Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq