Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

08 May 2024

02:12

۱۷۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il rəcəb ayının 15-i, miladi 2023-cü il fevralın 6-ı Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı

Hicri-qəməri 1444-cü il rəcəb ayının 15-i, miladi 2023-cü il fevralın 6-ı Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür.

Həzrət Əlinin (əleyhissəlam) və həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) qəm, qüssə, hüzn və müsibətlə qocalan bu dözümlü və istiqamətli qızı, tarixdə həzrət Seyyiduş-şuhədanın (əleyhissəlam) və Kərbəla şəhidlərinin adları yaşadıqca yaşayacaqdır. Səbir və təqva nümunəsi, Bəni Haşimin əqiləsi, Ali Əlinin reyhanəsi həzrət Zeynəbin (əleyhasəlam) bu əzəmətli və qüssəli gündə vəfat etməsini Əhli-beytin (əleyhimussəlam) hüzuruna, xüsusən ağamız həzrət Sahib-əz Zaman əleyhissəlama təsəlli deyir və bütün şiələrə başsağlığı bildirərək, əziz mömin və möminə bacı-qardaşlara Kərbəla aşiqlərinə münasib və layiqli əməl, rəftar və həyat arzulayırıq.

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) fəzilətlərindən

Həzrət imam Əli ibn Huseyn əleyhissəlam həzrət Zeynəbi-Kubra əleyhasəlama xitabən bəyan edir:

"أَنْتِ بِحَمْدِ اللَّهِ عَالِمَةٌ غَيْرُ مُعَلَّمَةٍ فَهِمَةٌ غَيْرُ مُفَهَّمَة"

“Bibi! Həmd olsun Allah-təalaya sən heş bir kəsdən təhsil almadan alim məqamına nail olmusan və heç bir izaha ehtiyac duymadan idrak mərhələlərini aşıb ötmüsən”

Mənbə: “Biharul-Ənvar”, cild-45, səh. 199

Həzrət Peyğəmbərin (sallallahu aleyhi və alih) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (aleyhasalam), iman və təqva, elm və mərifət, səbir və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir və isar adı gəlsə, bu böyük xanımın adı parlayır.












Etiketlər :

Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı