Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü

06 May 2024

08:20

۱۹۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il əzəmətli şəban ayının 4-ü, miladi 2023-cü il fevralın 25-i həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi, şücaət, fədakarlıq, vəfadarlıq, cavanmərdlik rəmzi olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü

Hicri-qəməri 1444-cü il əzəmətli şəban ayının 4-ü, miladi 2023-cü il fevralın 25-i həzrət imam Huseynin (əleyhissəlam) Kərbəla vaqiəsində döyüşçülərinin sərkərdəsi, şücaət, fədakarlıq, vəfadarlıq, cavanmərdlik rəmzi olan həzrət Qəməri Bəni Haşim Əbul-Fəzlil Abbas əleyhissəlamın təvəllüd günüdür.[1]

Bu gözəl və sevindirici gün münasibətilə öncə intizarında olduğumuz Allah-təalanın yer üzərindəki sonuncu hüccəti mövlamız həzrət Sahib Zamana (əccələllahu təala fərəcəhuş-şərif), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin mömin bacı və qardaşlarına təbrik deyirik. 

Ümid edirik bütün müsəlmanlar bu günün mövludu kimi dini və ictimai həyatlarında həmişə Allah-təalaya, Qurani-kərimə və İlahi vilayətin öhdədarlarına itaətkar və vəfalı olsunlar və dini əmrlərin yerinə yetirilməsini hər bir şəxsi əməldən üstün tutsunlar, Amin ya Rəbbil aləmin.

Əbulfəzl kunyəsi ilə məşhur olan Abbas ibn Əli ibn Əbu Talib (əleyhimussəlam) imam Həsən və imam Huseynin (əleyhiməssəlam) əziz qardaşı müqəddəs Mədinə şəhərində hicri 26-cı il şəban ayının 4-ü dünyaya göz açmışdır. Aşura günü şəhadətə yetdikdə o Həzrətin 34 yaşında olduğunu demişlər. Bu müddətin on dörd ilini öz əziz atası həzrət Əmirəl-möminin (əleyhissəlam) ilə, doqquz ilini sevimli qardaşı imam Həsən Muctəbanın (əleyhissəlam) və on bir ilini imam Huseynin (əleyhissəlam) imamət dövründə yaşamışdır. [2]

Burada Məsum imamların (əleyhimussəlam) həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) ziyarətində bəyan etdikləri olduqca yüksək mənalı ifadələrdən bir necəsini gətirməklə o Həzrətin dəryalar qədər əzəmətli şəxsiyyətinin düzgün tanınmasında az bir xidmət göstərmək niyyətindəyik.

السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ وَ لِأَمِيرِ الْمُؤْمِنِينَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ صَلَّى اللَّهُ عَلَيْهِمْ وَ سَلَّمَ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ مَغْفِرَتُهُ وَ رِضْوَانُهُ وَ عَلَى رُوحِكَ وَ بَدَنِكَ

“Salam olsun sənə, ey Allahın saleh bəndəsi! Allaha, Onun Peyğəmbərinə, Əmirəl-mömininə, imam Həsən və imam Hüseynə (Allahın salavat və salamı olsun onlara) tam itaət edən! Salam olsun sənə! Allahın rəhmət, bərəkət, məğfirət və razılığı olsun sənin müqəddəs ruhuna və bədəninə!”

Biz də Məsumlara (əleyhimussəlam) iqtida edərək ərz edirik: Salam olsun Allahın həqiqi bəndəsinə! Salam olsun vilayət ələmdarına! Salam olsun fədakarlıq simvoluna! Salam olsun Bəni-Haşimin comərd qəhrəmanına!..

Bir daha bütün əzizləri bu gözəl şadlıq və fərəhli gün münasibətilə səmimi təbrik edirik!

İlahi! Muhəmməd və Ali Muhəmmədə möminlərin salam və salavatını yetir, Amin ya Rəbbil-aləmin!



[1] “Xəsaisul-Əbbasiyyə”; səh.66; Qəməri Bəni Haşim (əleyhimussəlam) (Muqərrəm), səh. 18

[2] Məali əs-Sibteyn, cild-1, səh. 340



Etiketlər :

Həzrət Əbulfəzl Abbasın (əleyhissəlam) təvəllüd günü