Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü

07 May 2024

21:38

۲۱۸

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il şəban ayının 5-i, miladi 2023-cü il fevralın 26-ı imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü

Hicri-qəməri 1444-cü il şəban ayının 5-i, miladi 2023-cü il fevralın 26-ı imamət və vilayət səmasının dördüncü parlaq ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür. Bu bərəkətli mövlud günü münasibətilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam) yadigarı həzrət Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün Quran və Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə və İlahi tövsiyələrə əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim edirik.

Həzrət imam Səccad əleyhissəlam Kərbəla qiyamının şahidi olmuş və mübarək həyatının sonuna qədər bu əzəmətli qiyamın təbliğatçısı və onu səmərəyə yetirən ən mühüm şəxsiyyət olmuşdur. O həzrətin imamət dövrü Uməvi hakimiyyətinin çox acı və ağır dövrü ilə müvafiq zamanda olmasına baxmayaraq, Kərbəla peyğamının bəşəriyyətə çatdırılmasında ömrünün sonuna qədər hər bir vasitə ilə və hər bir imkandan layiqincə istifadə etmiş və Əhli-beyt (əleyhimussəlam) dostlarını bu yolda yorulmadan fədakarcasına çalışmalarına təkid etmişdir.

Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) hələ doğumundan təqribən otuz il əvvəl imam Səccad əleyhissəlamın şənində buyurur:

"أَنَّ رَسُولَ اللَّهِ (صلی الله عليه و آله) قَالَ إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ يُنَادِي مُنَادٍ أَيْنَ‏ زَيْنُ‏ الْعَابِدِينَ‏ فَكَأَنِّي أَنْظُرُ إِلَى وَلَدِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَخْطُو بَيْنَ الصُّفُوف‏"

“Qiyamət günü bərpa edilən zaman (Allah-təala tərfindən olan) bir Hatifdən belə bir nida gələcəkdir: Zeynul-abidin haradadır? Mən hazırda sanki o günü görürəm ki, oğlum Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib cəmiyyət arasından addımlayaraq irəli gəlir.”[1]

Bu mübarək hədisdə Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) imam Səccad əleyhissəlamın Allah-təala yanında Zeynul-abidin adlanmasını bəyan etməklə o Həzrətin insanlarla müqayisədə “Abidlərin zinəti” ləqəbinə layiq görülməsini təsdiqləmişdir. Beləliklə, hədisə əsaslanmaqla qəti şəkildə demək olar ki, həzrət Zeynul-abidin əleyhissəlam əvvəldən sona qədər bütün ibadət və itaət əhlinin zinəti və yaraşığı olmuşdur.



[1] “İləluş-şəraye”, mərhum Şeyx Səduq, cild-1, səh. 230


Etiketlər :

Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü