Dəhvul-ərz günü

18 May 2024

11:57

۱۹۲

Xəbərin xülasəsi :
Hicri 1444-cü il zil-qədə ayının 25-i (miladi 2023-cü il, iyunun 15-i) “Dəhvul-ərz” günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Dəhvul-ərz günü

Hicri 1444-cü il zil-qədə ayının 25-i (miladi 2023-cü il, iyunun 15-i) “Dəhvul-ərz” günüdür. Dəhvul-ərz, yəni yerin əsasının sudan, Kəbə evinin altından genişlənməsi. Bu gün çox şərafətli gecə və günüzlərdən sayılır. Bu günün gecə və gündüzündə İlahi rəhmət yerə nazil olar. İbadətlə məşğul olmağın böyük savabı vardır. Həsən ibn Əli Vəşşa bir hədisdə belə deyir: “Mən uşaq ikən atamla həzrət İmam Rzanın (əleyhissəlam) xidmətində, zil-qədənin 25-i şam yeyirdik. İmam belə buyurdu: “Bu gün İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Yer, Kəbə evinin altından salınmışdır. Hər kəs oruc tutsa, orucu altmış ayın orucuna bərabərdir.” Başqa hədisə əsasən, İmam Zaman (Allah onun gəlişini tezləşdirsin) bu gündə qiyam edəcək.

“Dəhvul-ərz” günü ilin orucunun ən çox savabı olan dörd günündən biridir. Bir hədisə görə, orucu yetmiş ilin orucu ilə bərabərdir. Başqa hədisə əsasən, bu günün orucu yetmiş ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutsa, gecəsini ibadətlə məşğul olsa, onun üçün yüz ilin ibadəti yazılar. Bu günü oruc tutan şəxs üçün, yerlə göy arasında olan məxluqatın hamısı istiğfar edərlər. Bu gün Allahın rəhmətinin paylanan günüdür. Bu gündə ibadət və Allahın zikri üçün toplaşmağın böyük savabı vardır. Bu gün üçün qüsl vermək, oruc tutmaq, ibadət etmək, Allahın zikri ilə məşğul olmaqdan başqa iki əməl də qeyd edilmişdir:

 Qum şiələrinin kitablarında gələn iki rükət namaz: Bu namaz, zöhr vaxtına bir az qalmış qılınır. Hər rükətdə “Həmd” surəsindən sonra beş dəfə “Şəms” surəsi oxunur. Salamdan sonra isə aşağıda gələn zikr deyilir:

لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

“Lə həvlə və lə quvvətə illə billəhil əliyyil əzim.”

Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!

Sonra dua edib oxunur:

يَا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ

“Ya muqiləl əsərati əqil­ni əsrəti, ya mucibəd dəə­va­ti əcib də`vəti, ya samiəl əsvati ismə` səvti, vər­həm­ni və təcavəz ən səyyiati, və ma indi ya zəl cəlali vəl ikram.”

Ey xətalardan keçən, mənim səhvlərimdən keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!


Mənbə: Məfatihul-cinan kitabı, Zilqəədə ayı


İltimas dua!


Etiketlər :

Dəhvul-ərz günü