Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadəti

29 April 2024

15:06

۱۵۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il məhərrəm ayının 12-i, miladi 2023-cü il iyulun 30-u bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

Hicri-qəməri 1445-ci il məhərrəm ayının 12-i, miladi 2023-cü il iyulun 30-u bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibət gününü ilk növbədə o həzrətin əziz övladı imam Sahib əz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq, Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.

Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:

اَلْخَیْرُ کُلُّهُ صِیانَهُ الاْنْسانِ نَفْسَهُ

“İnsanın xeyir, səadət və xoşbəxliyi bütün bədən üzvlərini hər hansı bir pis və xoşagəlməz əməldən qorumaqdadır.”

Mənbə: Tuhəful-uqul, səh. 201


Etiketlər :

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü