Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti
15 October 2026
03:15
۳۲۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1445-ci il məhərrəm ayının 25-i, miladi 2023-cü il avqustun 12-i bəzi dini mənbələrə müvafiq olaraq, Kərbəla vaqeəsinin şahidi, imam Huseyn əleyhissəlamın son yadigarı, imam Zeynəl-abidin həzrət Səccad əleyhissəlamın şəhadət gününə müsadif olunur. Bu böyük müsibət gününü ilk öncə zəmanəmizin məsum imamı həzrət Vəliyy Əsrə (Allah onun gəlişini tez etsin) həmçinin bütün Əhli-beyt (əleyhimussəlam) dostlarına təsəlli və başsağlığı deyirik.
Ümid edirik mömin bacı-qardaşlar bu müsibətin lazımınca yad edilməsində mümkün qədər çalışaraq Peyğəmbər (sallallahu əleyhi və alih) və onun pak Əhli-beyti (əleyhimussəlam) qarşısında olan vəzifələrinə layiqli əməl edəcəklər, inşa Allah.
Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:
عَجَباً کُلّ الْعَجَبِ لِمَنْ عَمِلَ لِدارِ الْفَناءِ وَتَرَکَ دارَ الْبقاء
“Həqiqətən, bəzi insanların yaşayışları olduqca təəccüblüdür ki, bu fani və gəlib-gedən dünyalarını abad etmək üçün yorulmadan çalışır və qəm-qüssə edirlər, amma əbədi və baqi qalan Axirətlərini unudub, yaddan çıxarırlar.”
Mənbə: Biharul-ənvar, cild 73, səh.127, hədis 128