Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

02 May 2024

21:10

۱۶۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il səfər ayının 7-si, miladi 2023-cü il avqustun 24-ü bəzi tarixi mənbələrin qeydinə əsasən, həzrət imam Həsən Müctəba əleyhissəlamın şəhadət günüdür. Qəm-qüssə içində olduğumuz səfər ayında Əhli-beytin (əleyhimussəlam) kərim və hörmətli şəxsiyyəti ləqəbi ilə tanınmış həzrət Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) böyük nəvəsinin şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

Hicri-qəməri 1445-ci il səfər ayının 7-si, miladi 2023-cü il avqustun 24-ü bəzi tarixi mənbələrin qeydinə əsasən, həzrət imam Həsən Müctəba əleyhissəlamın şəhadət günüdür. Qəm-qüssə içində olduğumuz səfər ayında Əhli-beytin (əleyhimussəlam) kərim və hörmətli şəxsiyyəti ləqəbi ilə tanınmış həzrət Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) böyük nəvəsinin şəhadət günüdür.

Bu əza və müsibət günün münasibətilə öncə Peyğəmbərə və şərəfli Əhli-beytinə (əleyhimussəlam), xüsusən zamanın İlahi rəhbəri və məsum imamına həzrət Məhdiyə (Allah onun zühurunu tezləşdirsin), daha sonra dünyanın Quran və Əhli-beyt sevərlərinə, məxsusən, müsəlman millətimizə təsəlli və başsağlığı deyir və bütün mömin bacı-qardaşlara səadətli həyatı, mənəvi məqamlara yiyələnməyi və Allah-taalanın razılığını əldə etməyi arzulayırıq.


İltimas dua

Etiketlər :

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti