Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü

04 May 2024

02:17

۱۶۷

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il rəbiul-əvvəl ayının 17-si, miladi 2023-cü il oktyabr ayının 3-ü Allah-taalanın aləmlər üçün rəhmət və məhəbbət göndərdiyi əziz Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih), eləcə də əziz nəvəsi, imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin banisi həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) mövlud günləridir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü

Hicri-qəməri 1445-ci il rəbiul-əvvəl ayının 17-si, miladi 2023-cü il oktyabr ayının 3-ü Allah-taalanın aləmlər üçün rəhmət və məhəbbət göndərdiyi əziz Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih), eləcə də əziz nəvəsi, imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin banisi həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) mövlud günləridir. Bu böyük və təntənəli günü həzrət İmam Məhdi Sahib əz-zamana (əccələllahu təala fərəcəhuş-şərif) təbrik deyir, bütün mömin bacı və qardaşlar üçün dünya və axirətdə səadət arzulayırıq.

Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) təvəllüd günü əslində həzrət Fatimənin, Əhli-beytin mövlud günləridir. Bu əzəmətli bayram günü, yer üzündə sülh və əmin-amanlıq sevən bütün insanlar üçün sevinc və şadlıq günüdür. Bu bayram günü, Allah qarşısında üsyan edən, inad və təkəbbür əhlinin, cahiliyyət bataqlığında eşələnən bütpərəstlərin ümidsiz qalan günüdür. Bu sevinc günü, bəşəriyyətin üzünə elm, hikmət və mərifət qapılarının açılan günüdür. Bu günün bayramı, həyatda insanların ədəb və əxlaq səciyyələrini dərk etmələri bayramıdır. Bu təvəllüd günü, haqq və ədalətsevən insanların iftixarla isnad olunduqları tarixin bayram edilən günüdür...

Arzu edirik bütün mömin bacı-qardaşlar bu böyük bayramda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müsəlmanlara yadigar saxladığı hər iki dəyərli gövhərə, Qurani-Kərimə və Əhli-Beytə sığınaraq şübhələr və zülmətllərdən nicat tapsınlar, insa Allah.

Iltimas dua!


Etiketlər :

Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü