Həzrət Fatimei-Zəhra əleyhasəlamın şəhadəti

04 May 2024

07:25

۱۰۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il cumadil-ula ayının 13-ü, miladi 2023-cü il noyabrın 27-i, bəzi tarixi mənbələrə əsasən həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimei-Zəhra əleyhasəlamın şəhadəti

Hicri-qəməri 1445-ci il cumadil-ula ayının 13-ü, miladi 2023-cü il noyabrın 27-i, bəzi tarixi mənbələrə əsasən həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür. Bəşər tarixinin üçüncü şəxsiyyəti olan bu əzəmətli xanımın şəhadəti haqqında bir neçə nəzər bəyan olunmuşdur. Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və onun şərəfli Əhli-beytinə (əleyhimussəlam) sevgi və məhəbbət bəsləyən müsəlmanlar bu qeyd edilən tarixlərdə Xanım Zəhranın (əleyhasəlam) xatirəsini əzəmətlə yad edirlər; onlar şəriətin və müsəlman cəmiyətin tövsiyələrinə müvafiq əməlləri yerinə yetirməklə Allahın sonuncu hüccəti həzrət Məhdi Sahib-zamanın (Allah onun zühurunu tezləşdirsin) razılığını ələ gətirib, qəlbinə təsəlli verirlər. Allah-taala bizlərə də o möminlərin sırasında yer versin və Əhli-Beytin (əleyhimussəlam) sevinc və kədərinə qoşulanlardan olaq, Amin!

Iltimas dua!

Etiketlər :

Fatimiyyə günləri