Fatimiyyə günləri

04 May 2024

06:09

۱۱۳

Xəbərin xülasəsi :
Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Fatimiyyə günləri

Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı

Qurani-Kərim həzrət Fatiməni (əleyhasəlam) belə tanıtdırır

بسم الله الرحمن الرحیم

«اللهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ وَيَضْرِبُ اللهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ»

Əgər bir az həzrət Fatimei-Zəhranı (əleyhasəlam) tanımaq istəsək, hansı ki, ona Fatimə adı verilib, çünki bütün məxluqat onu tanımaqda acizdirlər, «لان الخلق فطموا عن کنه معرفتها» -onda gərək müqəddəs Quranla rabitə bərqərar edək və görək onu xəlq edən Allah-taala Fatiməni necə tanıtdırır, onun barəsində Quran surələri və ayələri hansı mətləblərə işarə buyurur. Sonra müqabil tərəfə deyək, indi siz də Fatimei-Zəhranın (əleyhasəlam) müasir qadınları barədə bizə bir ayə göstərin? Qəti olaraq, Quranda onlara və onların məqamı haqda heç bir tərifəlayiq işarə tapmayacağıq.

Bu olduqca təəccüblüdür; Quranın “Leylətul-Qədr”i Fatimədir. Hansı ki, “Leylətul-Qədr” barəsində Allah-taala Peyğəmbərinə (sallallahu əleyhi və alih) buyurur: «وَ ما أَدْراكَ ما لَيْلَةُ الْقَدْرِ». Quranın “Leylətul-Mubarəkə”si Fatimədir, و آت ذی القربی حقهFatimədir. Bəzi hədislərə əsasən, فاسئلوا اهل الذکر Fatimədir. “Dəhr” və “Kövsər” surələri Fatiməyə aiddir. Bunların hər biri barəsində söhbət etmək istəsək, gərək saatlarla bəhs edib danışaq və kitablar yazılsın.


(ardını izləyin)


Etiketlər :

Qurani-Kərim həzrət Fatiməni (əleyhasəlam) belə tanıtdırır