Kermanda baş verən terror hadisəsi ilə bağlı peyğam

05 May 2024

15:47

۸۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Məhəmməd Cavad Fazil Lənkəraninin (Allah ömrünü uzun etsin) Kermanda baş verən terror hadisəsi və bir qrup əziz insanın şəhadətindən sonra başsağlığı peyğamı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Kermanda baş  verən terror hadisəsi və bir qrup əziz insanın şəhadətindən sonra başsağlığı peyğamı 

Allahın adı ilə

Müqavimətin böyük lideri Hacı Qasim Süleymaninin şəhadətinin ildönümündə Kerman Şəhidləri gülzarı yaxınlığında çoxlu sayda insanın şəhid olması və bir çox insanın yaralanması ilə nəticələnən olduqca ürəkağrıdan terror hadisəsi bütün şərəfli, azadə və mömin insanları çox kədərləndirdi.

Aydındır ki, bu mənfur əməl sionist təşkilatların və onlara bağlı qrupların İmam Hüseyn (əleyhissalam) ümmətinə qarşı kin və düşmənçiliyinin dərinliyini göstərir.

Bütün bu vəhşi qətllərin kökünü Amerika, İsrail və Qərb dövlətlərinin prezidentlərində axtarmaq lazımdır.

Heç bir şübhə yoxdur ki, İslam İnqilabı və müqavimət düşmənləri müqavimətin böyük rəhbərinin xatirəsinin və onun məktəbinin davam etdirilməsindən və onun hərəmində çoxlu zəvvarın olmasından qorxu və təşvişə düşürlər, gərək də qorxsunlar.

Cinayətkarlar bilməlidirlər ki, bu böyük cinayətlə İslam xalqlarının müqaviməti artacaq və şəhid Süleymaninin məktəbi daha da genişlənəcək və İslam İnqilabının uca məqsədlərinə çatmaq nailiyyəti daha yaxın olacaq.

Bu hadisəyə görə Allah-taalanın Əzəmətli Vəlisi (Allah onun şərəfli zühurunu tezləşdirsin) və İnqilabın Ali Rəhbərinə və şəhidsevər İran xalqına və həlak olanların qəmli ailələrinə başsağlığı verirəm.

Ümid edirəm ki, bu hadisəni törədənlər və onun səbəbkarları tez bir zamanda aşkar edilərək, öz ağır cəzaları ilə bütün mücahidlərin və xalqımızın qəlbini sevindirəcəklər; Zülm edənlər tezliklə qayıdışlarının hara olduğunu biləcəklər.

Cümə axşamı, 14 yanvar 1402

Məhəmməd Cavad Fazel Lənkərani


Etiketlər :

Kermanda baş verən terror hadisəsi və bir qrup əziz insanın şəhadətindən sonra başsağlığı peyğamı