Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
23 September 2026
12:27
۳۵۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismillahir-Rahmənir-Rahim
Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1445-ci il, rəcəb ayının 1-i, miladi 2024-cü il, yanvar ayının 13-ü imamət və vilayət səmasının beşinci parlaq günəşi, elm zirvələrini fəth edən həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək rəcəb ayının ilk günü ilə müvafiq olan bu böyük sevinc gününü öncə həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu tezləşdirsin), sonra Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə təbrik və gözünüz aydın deyirik.
Bütün haqsevən insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında cismi və mənəvi sağlamlıq, düzgün əqidə, izzət və başıucalıq, İlahinin dərgahına yaxınlıq diləyirik.
Həzrət imam Baqir əleyhissəlamdan bir hədis:
اِصبِروا عَلی اداء الفَرائضِ، وَ صابِرو عَدُوُّکم، وَ رابِطوا امامَکمُ المُنتَظَرِ
“Şəriət hökmlərinə əməl etməkdə davam və hövsələ edin, düşmənləriniz müqabilində səbirli olun, yolunu gözlədiyiniz imamın gəlişi üçün özünüzü hazır edin.”
Mənbə: “Qeybət”, Nə`mani, səh. 27.