Həzrət imam Əli ibn Musa Rza əleyhissəlamın tövsiyələri

27 April 2024

09:56

۳۶

Xəbərin xülasəsi :
Şəban ayının son günləri ilə əlaqədar həzrət imam Əli ibn Musa Rza əleyhissəlamdan səkkiz tövsiyə

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəban ayının son günləri ilə əlaqədar həzrət imam Əli ibn Musa Rza əleyhissəlamdan səkkiz tövsiyə

Əba Səlt deyir: Şəban ayının son cümə günündə həzrət imam Rza əleyhissəlamın xidmətinə getdim. Həzrət buyurdu: Ey Əba Səlt! Şəban ayının çox günü ötüb arxada qaldı və bu gün ayın son cümə günüdür. Bu ayda olan səhlənkarlıqları qalan günlərdə əvəzin çıx, mümkün qədər ibadət və itaətinə diqqət et və bu əməlləri yerinə yetir:

1- Çox dua et;

2- Çox istiğfar et və Allahdan bağışlanmağını istə;

3- Quani-kərimin tilavətini çox et;

4- Etdiyin günahlardan tövbə et və qarşıda gələn Allahın ayına xalis və pak daxil ol;

5- Boynunda olan hər bir əmanətə əda et və onu yerinə yetir;

6- Möminlərə qarşı qəlbində olan bütün kinləri ürəyindən çıxar;

7- (a) Mübtəla olduğun hər bir günahdan əl çək, (b) Allahın təqvasını riayət et, (c) aşkarda və gizlində Allaha təvəkkül et;

8- Bu ayın yerdə qalan günlərində bu duanı et və Allahdan kömək istə:

اللَّهُمَّ إِنْ لَمْ تَکُنْ غَفَرْتَ لَنَا فِیمَا مَضَی مِنْ شَعْبَانَ فَاغْفِرْ لَنَا فِیمَا بَقِیَ مِنْهُ...

“Ey Allahım! Əgər şəban ayının keçmiş günlərində bizi bağışlamadınsa, ayın qalan günlərində bizi bağışla...”[1]



[1] Uyun əxbar Rza əleyhissəlam,  cild-2, səh. 51; Biharul ənvar, cild-94, səh 73





Etiketlər :

Şəban ayının son günləri ilə əlaqədar həzrət imam Əli ibn Musa Rza əleyhissəlamdan səkkiz tövsiyə