Ramazan ayının on üçüncü gününün duasının qısa izahı

27 April 2024

13:58

۴۳

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni günahların çirkinliyi və pisliyində pak et; və qarşıya gələn xeyir, şərr və qəza müqabilində mənə səbir və dözüm ver; məni təqvalı olmağa və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının on üçüncü gününün duasının qısa izahı 

اللَّهُمَّ طَهِّرْنِي فِيهِ مِنَ الدَّنَسِ وَ الْأَقْذَارِ وَ صَبِّرْنِي فِيهِ عَلَى كَائِنَاتِ الْأَقْدَارِ وَ وَفِّقْنِي فِيهِ لِلتُّقَى وَ صُحْبَةِ الْأَبْرَارِ بِعَوْنِكَ يَا قُرَّةَ عَيْنِ الْمَسَاكِينِ

Əllahummə təhhirni fi­hi mi­nəd-dənəsi vəl əqzar və səb­birni fihi əla kainatil əqdar və vəffiq­ni fihi lit-tuqa və suh­bətil əbrar, biəvnikə ya qurrətə əy­nil məsakin.

İlahi! Bu gün məni günahların çirkinliyi və pisliyində pak et; və qarşıya gələn xeyir, şərr və qəza müqabilində mənə səbir və dözüm ver; məni təqvalı olmağa və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et; Öz köməkliyinlə, ey miskinlərin gözlərinin şadlığı və nuru!

Duada işləənən əsas kəlmə və ifadələr:

Günahlardan paklıq; Təqdirat müqabilində səbirli olmaq; Təqva; Yaxşı insanlarla həmsöhbər olub, yoldaşlıq etmək; Allah-taalanın nüsrət və köməkliyi.

Duada işləənən əsas kəlmə və ifadələr:

Günahlardan paklıq; Təqdirat müqabilində səbirli olmaq; Təqva; Yaxşı insanlarla həmsöhbər olub, yoldaşlıq etmək; Allah-taalanın nüsrət və köməkliyi.

Duanın sifariş və peyğamları:

1-Mübarək ramazan ayı günahlardan pak olub, bağışlanmaq ayıdır; (Biharul-ənvar, cild-96, səh. 340)

2-Allah-taala Qurani-Kərimdə səbirli olanlara bəşarət verir ki, İlahi lütf, rəhmət və hidayət onlara şamil olacaqdır; (Bəqərə surəsi, ayə 155)

3-Qurani-Kərim buyurur ki, hər kim təqvalı olsa, Allah onun pisliklərini silib aparar və ona böyük əcr və mükafat verər; (Talaq surəsi, ayə 5)

4-Həzrət imam Hadi əleyhissəlamdan nəql edilir ki, yersiz və mənasız cədəl və söz güləşdirmək dostluqları məhv edir və rabitələrin qırılmasına səbəb olur; (Mizanul hikmətin seçilmiş hədisləri, səh, 291, hədis-8 və 35)

5-Qurani-Kərim buyurur: Əgər Allaha yar olsanız, O da sizə nüsrət və kömək olar. (Muhəmməd surəsi, ayə 7)

İlahi! Bu mübarək ayda möminlərin günahlarını bağışlayıb, onlara iman, təqva, yəqin şirinliklərini dadızdır; Öz vəzifələrinə düzgün, yerində və vaxtında əməl etməklə Allah-taalaya yar və kömək olmalarında onlara xüsusi inayət buyur; Amin, ya Ərhəmər-Rahimin!



Etiketlər :

Ramazan ayının on üçüncü gününün duası