Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
08 November 2024
04:54
۳۷
Xəbərin xülasəsi :
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
İslam tarixində ən böyük və sevimli günlərdən biri
Hicri-qəməri 1446-cı il rəbiul-əvvəl ayının 17-si, miladi 2024-cü il oktyabr ayının 21-i Allah-taalanın aləmlər üçün rəhmət və məhəbbət göndərdiyi əziz Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih), eləcə də onun əziz nəvəsi, imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin banisi həzrət imam Cəfəri-Sadiqin (əleyhissəlam) mövlud günləridir. Bu böyük və təntənəli günü həzrət İmam Məhdi Sahib əz-zamana (Allah taala oun şərəfli zühurunu tezləşdirsin) təbrik deyir, dünya və axirətdə bütün mömin bacı və qardaşlara səadət arzulayırıq.
Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) təvəllüd günü əslində həzrət Fatimənin, Əhli-beytin mövlud günləridir. Bu əzəmətli bayram günü, yer üzündə sülh və əmin-amanlıq sevən bütün insanlar üçün sevinc və şadlıq günüdür. Bu bayram günü, Allah qarşısında üsyan edən, inad və təkəbbür əhlinin, cahiliyyət bataqlığında eşələnən müşrik və bütpərəstlərin ümidsiz qalan günüdür. Bu sevinc günü, bəşəriyyətin üzünə elm, hikmət və mərifət qapılarının açılan günüdür. Bu gün, insanların ədəb və əxlaq səciyyələrinin kamal zirvəsinə ucalmasının başlanğıcıdır. Bu təvəllüd günü, tarixdə haqq və ədalətsevən insanlara vədə verilən sevinc və səadət günü bayramıdır...
Arzu edirik bütün mömin bacı-qardaşlar bu böyük bayramda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) müsəlmanlara yadigar saxladığı hər iki dəyərli gövhərə, Qurani-Kərimə və Əhli-Beytə sığınaraq şübhələr və zülmətllərdən nicat tapsınlar, insa Allah.
Həzrət Rəsulullaha (sallallahu əleyhi və alih) nisbət verilən bir hədisdə həzrət Əli əleyhissəlama altı cümlədə altı yüz min cümləni xülasə edərək, buyurur:
یا علیُّ إذا رَأیتَ الناسَ یَشتَغِلُونَ بالفَضائلِ فاشتَغِلْ أنتَ بِإتمامِ الفَرائضِ
Ya Əli! Hər zaman xalqın müstəhəb və fəzilətli işlərə məşğul olduqlarını görsən, sən vacibatı kamil etməyə məşğul ol!
و إذا رَأیتَ الناسَ یَشتَغِلُونَ بِعَمَلِ الدنیا فاشتَغِلْ أنتَ بعَمَلِ الآخِرَةِ
Hər zaman xalqın dünya işlərinə məşğul olduqlarını görsən, sən Axirət işlərinə məşğul ol!
و إذا رأیتَ الناسَ یَشتَغِلونَ بِعُیوبِ الناسِ فاشتَغِلْ أنتَ بِعُیوبِ نفسِکَ
Hər zaman xalqın başqalarının eyiblərini axtardıqlarını görsən, sən öz eyiblərini axtarmağa məşğul ol!
و إذا رَأیتَ الناسَ یَشتَغِلونَ بتَزیینِ الدنیا فاشتَغِلْ أنتَ بتَزیینِ الآخِرَةِ
Hər zaman xalqın dünyaya zinət verdiklərini görsən, sən Axirətinə zinət verməyə çalış!
و إذا رَأیتَ الناسَ یَشتغِلونَ بکَثرَةِ العَمَلِ فاشتَغِلْ أنتَ بصَفوَةِ العَمَلِ
Hər zaman xalqın əməllərin çoxluğuna çalışdıqlarını görsən, sən əməlin keyfiyyətinə və ixlasla yerinə yetirilməsinə çalış!
و إذا رَأیتَ الناسَ یَتوسَّلُونَ بالخَلقِ فَتَوَسَّلْ أنتَ بالخالِقِ
Hər zaman xalqın öz işlərində insanlara sığınıb arxalandığını görsən, sən Allaha sığın və Xaliqə arxalan!
(Yəni xalq dünya işlərində məqsədlərinə çatmaqları üçün insanları müstəqil səbəb bilərək onlara sığındıqlarını gördüyün zaman, sən bütün işlərin baş verməsində Allahı səbəb bil və Ona sığın, həzrət İsa əleyhissəlam kimi Allahın duası və izni ilə cismə ruh ver və ölünü dirilt! Mütərcim)
Hədisin mənbəyi: İsna əşəriyyə, səh. 229