Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
22 January 2025
19:14
۴۳
Xəbərin xülasəsi :
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
-
Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti
-
Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
-
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ رَسُولِ اللهِ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ فاطِمَةَ و خَديجَةَ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ اَميرِالْمُؤْمِنينَ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ الْحَسَنِ وَالْحُسَيْنِ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ وَلِىِّ اللهِ اَلسَّلامُ عَلَيْكِ يا اُخْتَ وَلِىِّ اللهِ، اَلسَّلامُ عَلَيْكِ يا عَمَّةَ وَلِىِّ اللهِ، اَلسَّلامُ عَلَيْكِ يا بِنْتَ مُوسَى بْنِ جَعْفَر وَرَحْمَةُ اللهِ وَبَرَكاتُهُ
Ziyarətnamənin oxunuşu:
Əssəlamu ələyki ya bintə rəsulillah, əssəlamu ələyki ya bintə Fatimətə və Xədicəh, əssəlamu ələyki ya bintə əmiril mu`minin, əssəlamu ələyki ya bintəl Həsəni vəl Husəyn, əssəlamu ələyki ya bintə vəliyyillah, əssəlamu ələyki ya uxtə vəliyyillah, əssəlamu ələyki ya əmmətə vəliyyillah, əssəlamu ələyki ya bintə Musəbni Cə`fərin və rəhmətullahi və bərəkatuh
Ziyarətnamənin tərcüməsi:
Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmirəlmömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin qızı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bacısı! Salam olsun sənə, ey Allahın nümayəndəsinin bibisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! Allahın rəhmət və bərəkətləri olsun sənə!
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) ziyarətinin savabı:
Həzrət imam Rza əleyhissəlam buyurur:
«مَنْ زَارَ المعصومة بِقُمْ کَمَنْ زارَنی»
Hər kəs Qum şəhərində Xanım Məsumənin məzarını ziyarət etsə, sanki məni ziyarət etmişdir.
Mənbə: Uyun əxbari-Rza əleyhissəlam, səh. 299
Həmçinin buyurur:
«مَنْ زارَها عارِفاً بِحَقِّها فَلَهُ الْجَنَّةُ»
Hər kəs Xanım Məsumənin haqqını tanıyaraq onu ziyarət etsə, yeri Cənnətdir.
Mənbə: Biharul-ənvar, cild-102, səh. 266
Həzrət Sadiq əleyhissəlam buyurur:
«تدخُل بِشفاعَتِها شِیَعتی الجنّة بِاَجْمَعِهِم»
Bizim şiələrimiz bütünlüklə onun (həzrət Məsumənin) şəfaəti ilə Cənnətə daxil olarlar.
Mənbə: Səfinətul-Bihar, cild-7, səh. 125
İltimas dua!