Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
23 September 2026
15:05
۱۴۸
Xəbərin xülasəsi :
qeyd olunan 44-cü duası
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِحَمْدِهِ، وَجَعَلَنَا مِنْ أَهْلِهِ لِنَكُونَ لِإِحْسَانِهِ مِنَ الشَّاكِرِينَ، وَلِيَجْزِيَنَا عَلَى ذَلِكَ جَزَاءَ الْمُحْسِنِينَ
Həmd olsun Allaha ki, Ona həmd etməyi bizə öyrətdi və bizi həmd əhlindən etdi ki, Onun nemətlərinə şükür edənlərdən olaq və buna görə bizi yaxşı əməl sahiblərinin mükafatı ilə mükafatlandırsın.
وَالْحَمْدُ لِلَّهِ الَّذِي حَبَانَا بِدِينِهِ، وَ اخْتَصَّنَا بِمِلَّتِهِ، وَ سَبَّلَنَا فِي سُبُلِ إِحْسَانِهِ لِنَسْلُكَهَا بِمَنِّهِ إِلَى رِضْوَانِهِ، حَمْدا يَتَقَبَّلُهُ مِنَّا، وَ يَرْضَى بِهِ عَنَّا
Həmd olsun Allaha ki, bizə Öz dinini öyrətdi və şəriətini bizə məxsus etdi və bizi Öz fəzli ilə xeyirxahlıq yollarına yönəltdi ki, Onun razılığına tərəf tələsək. Elə bir həmd ki, onu bizdən qəbul etsin və xoşnud olsun.
وَالْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ مِنْ تِلْكَ السُّبُلِ شَهْرَهُ شَهْرَ رَمَضَانَ، شَهْرَ الصِّيَامِ، وَشَهْرَ الْإِسْلامِ، وَشَهْرَ الطَّهُورِ، وَشَهْرَ التَّمْحِيصِ، وَشَهْرَ الْقِيَامِ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ، هُدًى لِلنَّاسِ، وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ
Həmd olsun Allaha ki, Öz ayı olan Ramazan ayını belə yollardan müəyyən etdi; (Ramazan) Oruc ayı, itaət ayı, paklıq ayı, (iradələri) yoxlamaq ayı, (ibadətə) qalxmaq ayıdır ki, Quran onda nazil edilmişdir, (Quran) insanlar üçün hidayət, doğru yolun və (haqqı batildən) ayırmanın açıq-aydın dəlilləridir.
(ardı var)