İftar zamanı oxunan dua
23 September 2026
15:04
۱۴۶
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
İftar zamanı oxunan dua
Müstəhəbdir ki, oruc tutan şəxs iftar etməzdən öncə dua etsin. İftar zamanı edilən dualardan, o cümlədən, həzrət Əli əleyhissəlamdan nəql olunur ki, iftar etmək istərkən bu duanı oxuyarmış:
“بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ أَفْطَرْنَا فَتَقَبَّلْ [فَتَقَبَّلْهُ] مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ”
“Bismillah, Əllahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs-səmiul əlim.”
“Allahın adı ilə! Pərvərdigara, Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et, çünki Sən hər şeyi eşidən və bilənsən.”
Hər kəs birinci tikəsində:
“بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي”
“Bismillahir-Rəhmanir-Rəhim, ya vasiəl məğfirəti iğfir li”
(Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla!) -desə, Allah taala onu bağışlayar.
Hədisdə deyilir ki, ramazan ayının günlərinin axırında Allah taala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan bizim də bağışlanan bəndələrdən olmağımızı istəyək.
İltimas dua