Qədir-Xum xütbəsi
23 September 2026
12:27
۱۲۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatimei Məsumə (əleyha salam) ilə bağlı bəyan
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Qədir-Xum xütbəsi
اَلْحَمْدُ لِلَّهِ الَّذی عَلا فی تَوَحُّدِهِ وَ دَنا فی تَفَرُّدِهِ وَجَلَّ فی سُلْطانِهِ وَعَظُمَ فی اَرْکانِهِ، وَاَحاطَ بِکُلِّ شَیءٍ عِلْماً وَ هُوَ فی مَکانِهِ وَ قَهَرَ جَمیعَ الْخَلْقِ بِقُدْرَتِهِ وَ بُرْهانِهِ، حَمیداً لَمْ یَزَلْ، مَحْموداً لایَزالُ (وَ مَجیداً لایَزولُ، وَمُبْدِئاً وَمُعیداً وَ کُلُّ أَمْرٍ إِلَیْهِ یَعُودُ). بارِئُ الْمَسْمُوکاتِ وَداحِی الْمَدْحُوّاتِ وَجَبّارُ الْأَرَضینَ وَ السّماواتِ، قُدُّوسٌ سُبُّوحٌ، رَبُّ الْمَلائکَةِ وَالرُّوحِ، مُتَفَضِّلٌ عَلی جَمیعِ مَنْ بَرَأَهُ، مُتَطَوِّلٌ عَلی جَمیعِ مَنْ أَنْشَأَهُ. یَلْحَظُ کُلَّ عَیْنٍ وَالْعُیُونُ لاتَراهُ.
Birinci hissə: Allaha həmd-səna
Həmd olsun Allaha ki, tövhid və təkliyində uca, yeganəliyində yaratdıqlarına yaxındır; Onun qüdrət və səltənəti əzəmətlidir, rüknləri böyükdür. O, Öz yerində ikən hər şeyi elmlə əhatə etmiş, qüdrəti və dəlili ilə bütün məxluqata qalib gəlmişdir.
Həmişə tərifəlayiqdir və əbədi belə olacaqdır. Onun izzətinin və əzəmətinin sonu yoxdur. Başlanğıc da, axır da Ondandır və bütün işlər Ona qayıdır. O, göyləri yaradan, yeri yayan və onların hökmdarıdır. O, Öz məxluqatının sifətlərindən uzaqdır və Öz müqəddəsliyi ilə hamının müqəddəsliyindən üstündür. Mələklərin və ruhun Rəbbidir. O, yaratdıqların hamısına səxavətli və xəlq etdiklərinə nemət verəndir. Bir baxışla hər gözü görür, gözlər isə Onu heç vaxt görmür.