Həzrət Xədicəi Kubranın (əleyhasəlam) vəfatı
04 September 2026
08:37
۱۹
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Xədicəi Kubranın (əleyhasəlam) vəfatı
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkərani (Allah ömrünü uzun etsin) cənablarının həzrət Xədicəi-Kubranın (əleyhasəlam) fəzilətləri haqda bəyanatı
Bu gün mübarək ramazan ayının 10-dur. İslam aləminin böyük şəxsiyyəti, Peyğəmbər Əkrəm həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) hörmətli xanımı Xədicəi-Kubranın (əleyhasəlam) vəfat günüdür.
Həzrət Xədicə İslamda böyük haqqı vardır. Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) şəxsən açıq-aydın buyurduğuna əsasən, həzrət Xədicə İslamın ilk günlərində və dinin qüvvətlənməsində və dövrün olduqca çətin şəraitində həzrət Peyğəmbəri himayə etməkdə xüsusi və böyük rolu olmuşdur.
Bu günlərdə hörmətli xətiblərdən həzrət Xədicənin haqqında çoxlu təbirlər eşidirsiniz, lakin qeyd edəcəyim bu təbir olduqca böyük məna daşıyır. Bir gün həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) xanımlarından biri həzrət Xədicə haqqında kiçildici bir söz deyir. Həzrət Fatimei-Zəhra (əleyhasəlam) Peyğəmbərə ərz edir ki, belə bir söz deyilir. Bu zaman Peyğmbər Xədicəi Kubra haqqında buyurur: “Xanım Xədicənin əzəməti budur ki, Allah-taala onun bətnini imamət zərfi olaraq təyin etmişdir.”
Məncə, həzrət Xədicənin (əleyhasəlam) əzəmət və şərafətini ifadə etməkdə bu təbir ən böyük ifadədir ki, həzrət Peyğəmbərin mübarək dili ilə bəyan edilmişdir.
Həzrət Xədicəyə Allahın salamı, Cəbrailin salamı göndərilmişdir, bunlar öz yerində! Bunlar öz-özlüyündə olduqca böyük və əhəmiyyətli təbirlərdir. Amma bütün qadınların arasında yalnız bir xanımın həzrət Fatiməni (əleyhasəlam) dünyaya gətirməkdə səlahiyyəti olur və o da Məsum imamların (əleyhimussəlam) anası olur, bu olduqca böyük şərafət və kəramətdir. Demək olar ki, bundan böyük şərafət təsəvvür etmək mümkün deyil.