Həzrət İmam Həsən Müctəbanın təvəllüdü

24 July 2026

13:10

۰

Xəbərin xülasəsi :
Hicri qəməri 1447-ci il Ramazan ayının 15-i, miladi 2026-cı il mart ayının 5-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) ilk nəvəsi və qəlbinin nuru, Əhli-beytin (əleyhimussəlam) kəramətli övladı, cənnət cavanlarının sərvəri, imam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Həsən Müctəbanın təvəllüdü

Hicri qəməri 1447-ci il Ramazan ayının 15-i, miladi 2026-cı il mart ayının 5-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) ilk nəvəsi və qəlbinin nuru, Əhli-beytin (əleyhimussəlam) kəramətli övladı, cənnət cavanlarının sərvəri, imam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür.

Bu şad və sevimli günün münasibəti ilə ilk növbədə zamanımızın Hüccəti və imamı həzrət Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və sevənlərinə təbrik deyir Allah-taaladan mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını diləyirik.

 

Həzrət imam Həsən əleyhissəlamın dünyaya gəlişi bütün gözəlliklərin şükufələnməsi və aşkara çıxmasıdır. “Həsən” sözünün mənası gözəl deməkdir; həm özü gözəl, həm gəlişi gözəl, bir sözlə Allah-taala bu mövlud vasitəsilə həyatın bütün gözəlliklərini bəşərə göstərmişdir…

Bu əziz gündə sevincimizi imam Zamanın (əleyhissəlam) sevincinə qovuşduraq və bütün əzizlərimizə, o cümlədən, ailə üzvlərimizə və Əhli-Beytə (əleyhissəlam) məhəbbət bəsləyənlərə mübarət ramazan ayının nemət və fəzilətlərindən, xüsusən bu günün mənəvi ruhundan layiqincə faydalanmağı arzu edirik, inşa Allah.

Allah-taala hacət və dualarınızı qəbul etsin! Amin, ya Rəbbəl-aləmin.

Həzrət imam Həsən Müctəbanın (əleyhissəlam) dəyərli kəlamlarından

أَيُّهَا النَّاسُ إِنَّهُ مَنْ نَصَحَ لِلَّهِ وَ أَخَذَ قَوْلَهُ دَلِيلًا هُدِيَ لِلَّتِي هِيَ أَقْوَمُ‏ وَ وَفَّقَهُ اللَّهُ لِلرَّشَادِ وَ سَدَّدَهُ لِلْحُسْنَى فَإِنَّ جَارَ اللَّهِ آمِنٌ مَحْفُوظٌ وَ عَدُوَّهُ خَائِفٌ مَخْذُولٌ فَاحْتَرِسُوا مِنَ اللَّهِ بِكَثْرَةِ ِ الذِّكْر

“Ey insanlar! Hər kəs Allaha xatir nəsihət etsə və Allahın kəlamını özünə örnək bilsə, sabit və möhkəm yola yönələr və Allah-taala onu tərəqqi və inkişafa müvəffəq edər və yaxşılıqlar üçün qüvvətləndirər. Həqiqətən, Allaha sığınan amanda qalar və hifz olar, amma Allahla düşmənlik edən qorxaq və köməksiz qalar. Elə isə Allahı çox zikr etməklə (Ona qarşı çıxmaqdan) özünüzü gözləyin.”

Mənbə: Tuhəful-uqul, səh. 227


Etiketlər :

Həzrət İmam Həsən Müctəbanın təvəllüdü