Qədr gecələrinin müstəhəb əməlləri
24 July 2026
11:58
۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Qədr gecələrinin müstəhəb əməlləri
Qədr gecəsi elə bir gecədir ki, il ərzində heç bir gecə-gündüz onun fəzilətinə çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. O gecədə bir ilin işləri müəyyənləşir. Allahın izni ilə mələklər ilə Ruh (həzrət Cəbrail) birlikdə yerə enirlər və İmam Zamanın (əleyhissəlam) hüzuruna yetirlər. Hər bir şəxs üçün müəyyən olmuş işlər və müqəddərat Həzrətə həvalə edilir.
Qədr gecələrinin əməlləri iki hissəyə bölünür; Birincisi, hər üç gecədə yerinə yetirilən əməllər, ikincisi, hər gecənin özünəməxsus əməlləri. Burada hər üç gecənin müştərək əməllərinə işarə edirik.
Bu əməllər ibarətdir:
1. Qüsül almaq. Əllamə Məclisi buyurmuşdur: “Bu gecənin qüsüllərini günbatan vaxtı almaq daha yaxşıdır ki, şam namazını qüsüllə yerinə yetirsin.
2. İki rükət namaz qılmaq. Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsini oxusun və qurtardıqdan sonra yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” -desin. Peyğəmbər (ə)-in hədisində deyilir ki, yerindən ayağa qalxmamış (bu insanın) özü və ata-anası Allah taala tərəfindən bağışlanar...
3. Quranı açıb qarşınızda tutub deyin:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ
Əllahummə inni əs`əlukə bikitabikəl munzəli və ma fih, və fihismukəl əkbəru və əsmaukəl husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minən nar.
İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük və ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, cəhənnəm əzabından xilas etdiyin kəslərdən olam.
Sonra öz hacətlərini istə.
4. Quranı götürüb başınıza qoyub deyin:
اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ
Əllahummə bihəqqi hazəl Qur`an, və bihəqqi mə ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink.
İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!
Sonra on dəfə de:
بِكَ يَا اللَّهُ
Bikə ya Əllahu
Ey Allah, Öz xatirinə;
On dəfə de:
بِمُحَمَّدٍ
Bi Muhəmmədin (sallallahu aleyhi və alih)
Həzrət Muhəmmədə (salavatullahi aleyhi və alih) xatir;
On dəfə de:
بِعَلِيٍّ
Bi Əliyyin
Həzrət Əliyə (əleyhissəlam) xatir;
On dəfə de:
بِفَاطِمَةَ
Bi Fatimətə
Həzrət Fatiməyə (salavatullahi əleyh) xatir;
On dəfə de:
بِالْحَسَنِ
Bil Həsəni
Həzrət Həsənə (əleyhissəlam) xatir;
On dəfə de:
بِالْحُسَيْنِ
Bil Husəyni
Həzrət Hüseynə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِعَلِيِّ بْنِ الْحُسَيْنِ
Bi Əliyy ibnil Husəyni
Həzrət Əli ibn Hüseynə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmməd ibni Əliyyin
Həzrət Məhəmməd ibn Əliyə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ
Bi Cə`fər ibni Muhəmmədin
Həzrət Cəfər ibn Məhəmmədə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِمُوسَى بْنِ جَعْفَرٍ
Bi Musəbni Cə`fərin
Həzrət Musa ibn Cəfərə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِعَلِيِّ بْنِ مُوسَى
Bi Əliyy ibni Musa
Həzrət Əli ibn Musaya (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmməd ibni Əliyyin
Həzrət Məhəmməd ibn Əliyə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِعَلِيِّ بْنِ مُحَمَّدٍ
Bi Əliyy ibni Muhəmmədin
Həzrət Əli ibn Məhəmmədə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِالْحَسَنِ بْنِ عَلِيٍّ
Bil Həsən ibni Əliyyin
Həzrət Həsən ibn Əliyə (əleyhiməssəlam) xatir;
On dəfə de:
بِالْحُجَّةِ
Bil Huccəti
Həzrət Höccətə (əleyhissəlam) xatir;
Sonra öz hacətlərini istəyirsən
5. İmam Hüseyni (əleyhissəlam) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (əleyhissəlam) ziyarətinə gəlib onların günahlarını bağışlayar.
6. Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.
İltimas dua