Ramazan ayının iyirmi ikinci gününün duasının qısa izahı
24 July 2026
11:58
۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi ikinci gününün duasının qısa izahı
اللَّهُمَّ افْتَحْ لِي فِيهِ أَبْوَابَ فَضْلِكَ وَ أَنْزِلْ عَلَيَّ فِيهِ بَرَكَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِمُوجِبَاتِ مَرْضَاتِكَ وَ أَسْكِنِّي فِيهِ بُحْبُوحَاتِ جَنَّاتِكَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ
“Əllahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə, ya mucibə də`vətil muztərrin.”
“İlahi! Bu gün Öz fəzilət və kərəm qapılarını mənim üzümə aç və bərəkətini mənə nazil et və məni Öz razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et və cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!”
Duanın əsas kəlmələri və ifadələri:
İlahi fəzilət; Ramazan ayının bərəkətləri; Allahın razılığına səbəb olan əməllər; Cənnətin ən gözəl yeri; Pərişan və çarəsiz olanlar.
Duanın möminlərə tövsiyə və sifarişləri:
1-Qurani-Kərimin ayələrindən ələ gəlir ki, İlahi göstərişlərə itaət edənlərin üzərinə Allahın inayət və fəziləti kölgə salar; (Nisa surəsi, ayə 69-70)
2-Bu əzəmətli ayın bərəkəti haqda elə bunu demək bəs edər ki, oruc tutan şəxsin hətta yuxusu və nəfəs çəkməsi belə, zikr demək həddində ibadət sayılır; (Biharul-Ənvar, cild-96, səh. 357)
3-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih): Xalqın razılığına görə Allahı qəzəbləndirən insan Allahın razılığını satmış və Onun inayətindən uzaq olmuşdur; (İrşadul-qulub, cild-1, səh. 179)
4-Əmirəl-möminin (əleyhissəlam): Günahı tərk etmək hər nə qədər çətin olsa, Allah qəzəbinin əzabına dözmək qədər çətin olmaz; (Ğurərul-hikəmin təsnifi, səh. 187)
5-Həqiqətən pərişan və çarəsiz qaldıqda Allahdan başqa kim insanın köməyinə çata bilər? (Zumər surəsi, ayə 8)
İlahi! Bu əziz və əzəmətli gecədə möminlərin günahların bağışla, onları Qədr gecəsinin maarifindən agah et, onlara Öz müttəqi bəndələrinin sırasında yer ver, onların maddi və mənəvi istəklərini müstəcab et, hörmətli ailələri ilə birgə onlara səadətli həyat nəsib et, Quran və Əhli-Beyt nurunu qəlblərinə yağdır, onlara İmam zamanı sevindirən əməl nəsib et və Həzrətin qəlbini onlardan razı et, Amin, ya Rəbbil aləmin!