Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi
03 September 2026
06:03
۲۵
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi
اللَّهُمَّ اغْسِلْنِي فِيهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِي فِيهِ مِنَ الْعُيُوبِ وَ امْتَحِنْ قَلْبِي فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ
Əllahumməğsilni fihi minəz-zunub və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəqvəl qulub, ya muqilə əsəratil muznibin.
“İlahi! Bu əziz gündə məni etdiyim günahlardan yuyub təmizlə, məni nöqsan və eyiblərdən pak et, qəlbimi “təqvalı qəlblər”lə imtahan et (qəlbimə müttəqilərin qəlbinin rütbəsini bəxş et); Ey günahkarların xatalarının üzrünü qəbul edən!”
Duada işlənən kəlmə və ifadələr:
Günahların yuyulması; Eyiblərdən pak olmaq; İlahi imtahan; Xətaların üzrünü qəbul edən.
Duanın sifariş və peyğamları:
1-Allah dərgahında tövbə və səhvinə iqrar etmək günahın çirkinliyini yuyur və tövbə edəni paklayır; (İrşadul-qulub, cild-1, səh. 180)
2-Həqiqi tövbə, ciddi peşmanlıq, birdəfəlik günahı tərk etmək əzmi, həqqunnası və həqqullahı ödəmək qərarı ilə bərabər olmalıdır.
3-Peyğəmbər-Əkrəm (sallallahu əleyhi və alih) başqalarını danlayıb təhqir etməklə öz eyiblərini yuyub təmizləmək istəyən şəxsi belə əməldən ciddiyyətlə çəkindirmişdir; (Biharul-Ənvar, cild-67, səh. 253)
4-Allah-taala müqəddəs Quranda İlahi imtahanlardan məqsəd yaxşıların pislərdən ayrılması və tanınması olduğunu bildirir; (Mulk surəsi, ayə 2; Ali-İmran surəsi, ayə 154)
5-Çox təəccübləndiricidir ki, tövbənin olması ilə bərabər bəziləri Allahın rəhmətindən naümid olurlar.
6-Qurani-Kərim: Bilmirsinizmi, bəndələrin tövbələrini qəbul edən ancaq Allah-taaladır. (Tövbə surəsi, ayə 104)
Pərvərdigara! Möminləri bu ayın fəzilət və bərəkətindən faydalandır; Onlara Behiştin ən gözəl guşəsində yer ver; Möminlərin günahlarını bu əzəmətli ayda pak et və onları əfv eylə; pərişan və çarəsiz hallarında rəhmət və inayətini onlara nazil buyur; Amin, ya Rəbbəl aləmin!