Cümə günü və axşamında sədəqə verməyin savabı

24 July 2026

11:58

۱

Xəbərin xülasəsi :
Öz ölənləriniz üçün hədiyyə göndərin, möminlərin ruhları hər cümə günü öz evlərinin müqabilində dünya səmasına gəlirlər və onlardan hər biri həzin və ağlamsıl səslə fəryad edir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Cümə günü və axşamında sədəqə verməyin savabı

Həzrət Sadiq əleyhissəlamdan nəql olunur ki, buyurdu:...Allaha and olsun Bərzəxdə sizin halınızdan qorxuram. Dedilər: Bərzəx nədir? Buyurdu: “Bərzəx elə bir yerdir ki, insan öldükdən sonra Qiyamətə qədər orada qalacaq və bu dünyada diri olan insanlara çox ehtiyaclı olacaq.”[1] 

Qutb Ravəndi nəql edir ki, ramazan ayının hər cümə axşamı dünyadan gedənlərin ruhları gəlirlər və ağlamaq halında fəryad edirlər: “Ey mənim övladlarım, ey qohum-əqrəbam! Allah sizə mərhəmət etsin, bizim üçün xeyrat etməklə məhəbbət göstərin. Bizi yada salın və unutmayın. Bizim qürbətdə olmağımıza rəhm edin, biz təng və qaranlıq həyatdayıq, bizə rəhm edin sədəqə və dualarınızı bizdən əsirgəməyin.

Şayəd siz bizim halımıza düşməzdən əvvəl sizə rəhm olunsun. Ey Allahın bəndələri! Bizim sözümüzü eşidin və bizi unutmayın. Sizin əlinizdə olan mal-sərvət bir gün bizim əlimizdə idi, biz onları Allah yolunda xərc etmədik. Onlar bizim üçün vəbal oldu, başqaları üçün isə mənfəət. Bizə mehriban olun, hətta bir dirhəm olsa belə, ya bir çörək, ya bir başqa təamla olsa belə.”

Onlar fəryad edirlər: “Özünüz üçün ağlamaq zamanı nə qədər yaxındır, ağladıqda sizə faydası olmaz, necə ki, biz ağlayırıq və onun bizə heç bir xeyri olmur. Bəs çalışın bizim halımıza mübtəla olmazdan əvvəl ölənləriniz üçün sədəqə göndərin.”[2]

Bu səbəbdən, həzrət Peyğəmbərdən (sallallahu aleyhi və alih) nəql olunur ki, buyurur: “Öz ölənləriniz üçün hədiyyə göndərin, möminlərin ruhları hər cümə günü öz evlərinin müqabilində dünya səmasına gəlirlər və onlardan hər biri həzin və ağlamsıl səslə fəryad edir: Ey ailə üzvlərim, ey atam, ey anam və öz qohum-əqrəbasını səsləyir ki, xeyrat, ya bir çörək, ya paltar verməklə bizə mehribanlıq göstərin ki, Allah sizi Behişt libası ilə örtsün...”[3]

Həzrət Sadiq əleyhissəlam buyurur: “Cümə gecəsi və günü verilən sədəqənin, digər vaxta nisbət min bərabər savabı vardır.”[4]

Əziz mömin qardaşlarıma bu mətni tərcümə etdim ki, belə böyük və əhəmiyyətli mövzudan qafil olmayaq və ramazan ayının bu son cümə gecəsi əlimizdən çıxmasın, az miqdar da olsa sədəqə ayıraq və müstəhəqqinə çatdıraq. 

Bir də unutmayaq bu gecə mümkün qədər salavat, istiğfar və zikr etmək olduqca böyük savabdır, inşa Allah dua və ibadətləriniz qəbul olsun, Amin!



[1] Biharul-ənvar, cild-6, Bərzəxin əhvalı babı, hədis-116

[2] Səfinətul-Bihar, cild-8, səh. 133

[3] Məfatihul-cinan; Möminlərin məzarının ziyarəti babı- Camiul-əxbar kitabından. Həmçinin, Mustədrəkul-vəsail, cild-2, səh. 484

[4] Vəsailuş-şiə, cild-7, səh. 413


Etiketlər :

Cümə günü və axşamında sədəqə verməyin savabı