Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri
24 July 2026
10:59
۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri
Ramazan ayının iyirmi yeddinci gecəsi fəzilətli gecələrdən sayılır. Məsumlardan yetişən hədislərə əsasən, bu gecədə xüsusi əməllər zikr edilmişdir, o cümlədən:
1.Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin (əleyhissəlam) bu gecədə aşağıdakı duanı çox oxuyardı:
اللَّهُمَّ ارْزُقْنِي التَّجَافِيَ عَنْ دَارِ الْغُرُورِ وَ الْاِنَّابَةَ إِلَى دَارِ الْخُلُودِ وَ الاسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُولِ الْفَوْتِ
“Əllahummərzuqnit təcafiyə ən daril ğurur, vəl inabətə ila daril xulud, vəl isti`dadə lil məvti qəblə hululil fəvt.”
“İlahi! Fani qürur evindən (bu dünyadan) uzaqlaşmağı və əbədi evə qayıtmağı, eləcə də ölüm vaxtı çatmazdan ölümə hazır olmağı mənə nəsib et!”
2. Gecəni oyaq olmaq (Ehya saxlamaq);
3. Həzrət Hüseynin (əleyhissəlam) ziyarəti;
4. Altı rəkət namaz (iki rəkət, iki rəkət);
5. Otuz rəkət namaz. Hər rəkətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsini oxumaq. Bu namazı mərhum İbni Tavus həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çoxlu fəzilətlə nəql edib;
6. On iki rəkət (iki-iki) namaz. Hər rəkətdə “Həmd”, “İxlas”, “Fələq”,”Nas” və “Ayətəl-kürsi”ni bir dəfə, “Qədr”surəsini isə dörd dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra dörd dəfə deyin:
اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا
“Əllahu Əllahu Rabbi la uşriku bihi şəy`ən və la əttəxizu min dunihi vəliyya.”
“Allah mənim Rəbbimdir; mən ona heç bir şeyi şərik qoşmuram və Ondan başqasını özümə himayədar seçmərəm.”
Sonra ürəyin istəyən duanı et. Bu namazı mərhum Seyid həzrət Sadiqdən (əleyhissəlam) nəql etmişdir.
Amma mərhum Kəfəmi “Misbah” kitabında yazır; Davud ibn Sərhan həzrət Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql edir: “Rəcəb ayının orta gecəsində on iki rəkət namaz qılırsan, hər rəkətdə “Həmd” surəsini oxuyub namazı qurtardıqdan sonra “Həmd”, “Fələq”, “Nas”,”İxlas” surələrini və “Ayətəl-kürsi”ni dörd dəfə oxuyursan. Sonra dörd dəfə deyirsən:
سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
“Subhanəlləhi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.”
Allah pak və bütün eyiblərdən uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür.
Sonra deyirsən:
اللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
“Əllahu Əllahu rəbbi la uşriku bihi şəy`ən və ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.”
“Allah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmuram. Allah nə istəsə (o da olar). Uca və böyük Allahdan başqa heç kəsdə güc və qüdrət yoxdur.”
Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin əməlləri.
İltimas dua!