Ramazan ayı ilə vidalaşma duası

24 July 2026

10:59

۱

Xəbərin xülasəsi :
Çox xoşbəxtdir o kəs ki, sənin vasitənlə hörmətini riayət etdi, salam olsun sənə çoxlu günahlarımızı əməl dəftərimizdən yuyub çoxlu eyblərimizi örtən ay, salam olsun sənə


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Zeynul-abidin əleyhissəlamın Ramazan ayı ilə vidalaşması duası

(ardı)

وَ ضَاعَفْتَ فِيهِ مِنَ الْإِيمَانِ، وَ فَرَضْتَ فِيهِ مِنَ الصِّيَامِ، وَ رَغَّبْتَ فِيهِ مِنَ الْقِيَامِ، وَ أَجْلَلْتَ فِيهِ مِنْ لَيْلَةِ الْقَدْرِ الَّتِي هِيَ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ. ثُمَّ آثَرْتَنَا بِهِ عَلَى سَائِرِ الْأُمَمِ، وَ اصْطَفَيْتَنَا بِفَضْلِهِ دُونَ أَهْلِ الْمِلَلِ، فَصُمْنَا بِأَمْرِكَ نَهَارَهُ، وَ قُمْنَا بِعَوْنِكَ لَيْلَهُ، مُتَعَرِّضِينَ بِصِيَامِهِ وَ قِيَامِهِ لِمَا عَرَّضْتَنَا لَهُ مِنْ رَحْمَتِكَ، وَ تَسَبَّبْنَا إِلَيْهِ مِنْ مَثُوبَتِكَ، وَ أَنْتَ الْمَلِي‏ءُ بِمَا رُغِبَ فِيهِ إِلَيْكَ، الْجَوَادُ بِمَا سُئِلْتَ مِنْ فَضْلِكَ، الْقَرِيبُ إِلَى مَنْ حَاوَلَ قُرْبَكَ. وَ قَدْ أَقَامَ فِينَا هَذَا الشَّهْرُ مُقَامَ حَمْدٍ، وَ صَحِبَنَا صُحْبَةَ مَبْرُورٍ، وَ أَرْبَحَنَا أَفْضَلَ أَرْبَاحِ الْعَالَمِينَ، ثُمَّ قَدْ فَارَقَنَا عِنْدَ تَمَامِ وَقْتِهِ، وَ انْقِطَاعِ مُدَّتِهِ، وَ وَفَاءِ عَدَدِهِ. فَنَحْنُ مُوَدِّعُوهُ وِدَاعَ مَنْ عَزَّ فِرَاقُهُ عَلَيْنَا، وَ غَمَّنَا وَ أَوْحَشَنَا انْصِرَافُهُ عَنَّا،

Ey mənim Rəbbim, Sən o vəzifələrin ən safını, vacib olan işlərin ən üstün olanını Ramazan ayı qərar verdin ki, onu sair aylar arasından seçdin, bütün zaman əsrlər arasından ixtiyar etdin, ilin bütün vaxtlarından fəzilətli etdin, onda Quran nur nazil etdiyin üçün, bu ayda imanı bir neçə bərabər etdiyinə görə, onda oruc tutmağı vacib buyurub o ayda gecəni oyaq qalmağa rəğbətləndirib, min aydan üstün olan Qədr gecəsini onda qərar verdiyin kimi bizə keçmiş ümmətlərindən üstünlük verdin, lütfü sayəsində bizi bütün millətlər arasından seçdin, beləliklə Sənin əmrinlə gündüzünü oruc tutduq, gecəsində Sənin yardımınla ibadətə qalxdıq, oruc namaz ilə bizə hazırladığın rəhmətini tələb etdik, onu Sənin savabına yetirməyə bir vasitə qərar verdik Sən bəndələrinin rəğbət gösərdikləri şeyə qadirsən, lütfündən istəniləni bəxş edərsən, Sənə yaxınlaşmaq istəyənə yaxınsan. Həqiqətən bu ay bizim yanımızda bəyənilmiş, bizimlə sevilən həmnişin idi, bizim üçün aləmin ən üstün mənfətini sovqat gətirdi, vaxtın sona çatıdığı zaman, müddətin bitdiyi, günlərinin tamamlaşdığından sonra bizdən ayrıldı,

وَ لَزِمَنَا لَهُ الذِّمَامُ الْمَحْفُوظُ، وَ الْحُرْمَةُ الْمَرْعِيَّةُ، وَ الْحَقُّ الْمَقْضِيُّ، فَنَحْنُ قَائِلُونَ: السَّلامُ عَلَيْكَ يَا شَهْرَ اللَّهِ الْأَكْبَرَ، وَ يَا عِيدَ أَوْلِيَائِهِ. السَّلامُ عَلَيْكَ يَا أَكْرَمَ مَصْحُوبٍ مِنَ الْأَوْقَاتِ، وَ يَا خَيْرَ شَهْرٍ فِي الْأَيَّامِ وَ السَّاعَاتِ. السَّلامُ عَلَيْكَ مِنْ شَهْرٍ قَرُبَتْ فِيهِ الآْمَالُ، وَ نُشِرَتْ فِيهِ الْأَعْمَالُ. السَّلامُ عَلَيْكَ مِنْ قَرِينٍ جَلَّ قَدْرُهُ مَوْجُودا، وَ أَفْجَعَ فَقْدُهُ مَفْقُودا، وَ مَرْجُوٍّ آلَمَ فِرَاقُهُ. السَّلامُ عَلَيْكَ مِنْ أَلِيفٍ آنَسَ مُقْبِلا فَسَرَّ، وَ أَوْحَشَ مُنْقَضِيا فَمَضَّ السَّلامُ عَلَيْكَ مِنْ مُجَاوِرٍ رَقَّتْ فِيهِ الْقُلُوبُ، وَ قَلَّتْ فِيهِ الذُّنُوبُ. السَّلامُ عَلَيْكَ مِنْ نَاصِرٍ أَعَانَ عَلَى الشَّيْطَانِ، وَ صَاحِبٍ سَهَّلَ سُبُلَ الْإِحْسَانِ السَّلامُ عَلَيْكَ مَا أَكْثَرَ عُتَقَاءَ اللَّهِ فِيكَ،

indi onunla vidalaşırıq, hicranı qəmimizi artıran bir kəslə vidalaşdığımız kimi, üz çevirməyi bizi vəhşətə düçar etdiyi halla bizim üzərimizdə qırılmayan bir əhdi, hörmətinə diqqət yetirməyimiz, haqq lazımdır buna görə deyirik:

Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə.

Ey vaxtlar içrə ən kəramətli həmnişin, ey günlər saatlar arasında ən üstün ay, salam olsun sənə.

Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə.

Ey məqamı böyük olan həmnəfəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə, ey ümid mayası, ey ayrılığı çətin olan.

Ey üz gətirdikdə bizi şadlandıran munis, ötdükcə qorxunu v əzablı olan ay, salam olsun sənə.

Ey qəlblər sənin yanında yumşalan, günahlar səndə azalan ay, salam olsun sənə.

Ey Şeytanla mübarizədə bizə yardımçı olan, ehsan yollarını hamar asanlaşdıran ay, salam olsun sənə. Allah tərəfindən səndə azad olanlar çoxdur,

وَ مَا أَسْعَدَ مَنْ رَعَى حُرْمَتَكَ بِكَ السَّلامُ عَلَيْكَ مَا كَانَ أَمْحَاكَ لِلذُّنُوبِ، وَ أَسْتَرَكَ لِأَنْوَاعِ الْعُيُوبِ السَّلامُ عَلَيْكَ مَا كَانَ أَطْوَلَكَ عَلَى الْمُجْرِمِينَ، وَ أَهْيَبَكَ فِي صُدُورِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ مِنْ شَهْرٍ لا تُنَافِسُهُ الْأَيَّامُ. السَّلامُ عَلَيْكَ مِنْ شَهْرٍ هُوَ مِنْ كُلِّ أَمْرٍ سَلامٌ السَّلامُ عَلَيْكَ غَيْرَ كَرِيهِ الْمُصَاحَبَةِ، وَ لا ذَمِيمِ الْمُلابَسَةِ السَّلامُ عَلَيْكَ كَمَا وَفَدْتَ عَلَيْنَا بِالْبَرَكَاتِ، وَ غَسَلْتَ عَنَّا دَنَسَ الْخَطِيئَاتِ السَّلامُ عَلَيْكَ غَيْرَ مُوَدَّعٍ بَرَما وَ لا مَتْرُوكٍ صِيَامُهُ سَأَما. السَّلامُ عَلَيْكَ مِنْ مَطْلُوبٍ قَبْلَ وَقْتِهِ، وَ مَحْزُونٍ عَلَيْهِ قَبْلَ فَوْتِهِ. السَّلامُ عَلَيْكَ كَمْ مِنْ سُوءٍ صُرِفَ بِكَ عَنَّا، وَ كَمْ مِنْ خَيْرٍ أُفِيضَ بِكَ عَلَيْنَا السَّلامُ عَلَيْكَ وَ عَلَى لَيْلَةِ الْقَدْرِ الَّتِي هِيَ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ

Çox xoşbəxtdir o kəs ki, sənin vasitənlə hörmətini riayət etdi, salam olsun sənə çoxlu günahlarımızı əməl dəftərimizdən yuyub çoxlu eyblərimizi örtən ay, salam olsun sənə.

Zamanı günahkarlara çox olan, minlərin qəlbində böyük heybəti olan ay, salam olsun sənə.

Heç bir zamanın onunla müqayisə oluna bilmədiyi ay, salam olsun sənə.

Söhbəti xoşagəlməz olmayan, üzləşməyin əzəmətsiz olan ay, salam olsun səən.

Bərəkəti ilə bizə gəlib günahlarımızın pisliklərini əməl dəftərimizdən silən ay, salam olsun sənə.

Səninlə vidalaşmağımız yorğunluq üzündən olmayan, orucundan ayrılmağımız usanmağımızdan olmayan ay, salam olsun sənə.

Gəlməzdən öncə arzusunda olduğumuz getdiyindən sonra hicranından qəm-qüssəsində olduğumuz ay, salam olsun sənə.

çox pisliklər vasitəsi ilə bizdən aralı düşüb, bir çox yaxşılıqları bizə sarı yönəldən ay, salam olsun sənə.

Salam olsun sənə min aydan xeyirli olan Qədr gecəsinə.

السَّلامُ عَلَيْكَ مَا كَانَ أَحْرَصَنَا بِالْأَمْسِ عَلَيْكَ، وَ أَشَدَّ شَوْقَنَا غَدا إِلَيْكَ. السَّلامُ عَلَيْكَ وَعَلَى فَضْلِكَ الَّذِي حُرِمْنَاهُ، وَعَلَى مَاضٍ مِنْ بَرَكَاتِكَ سُلِبْنَاهُ. اللَّهُمَّ إِنَّا أَهْلُ هَذَا الشَّهْرِ الَّذِي شَرَّفْتَنَا بِهِ، وَ وَفَّقْتَنَا بِمَنِّكَ لَهُ حِينَ جَهِلَ الْأَشْقِيَاءُ وَقْتَهُ، وَ حُرِمُوا لِشَقَائِهِمْ فَضْلَهُ. أَنْتَ وَلِيُّ مَا آثَرْتَنَا بِهِ مِنْ مَعْرِفَتِهِ، وَهَدَيْتَنَا لَهُ مِنْ سُنَّتِهِ، وَ قَدْ تَوَلَّيْنَا بِتَوْفِيقِكَ صِيَامَهُ وَ قِيَامَهُ عَلَى تَقْصِيرٍ، وَأَدَّيْنَا فِيهِ قَلِيلا مِنْ كَثِيرٍ. اللَّهُمَّ فَلَكَ الْحَمْدُ إِقْرَارا بِالْإِسَاءَةِ، وَ اعْتِرَافا بِالْإِضَاعَةِ، وَلَكَ مِنْ قُلُوبِنَا عَقْدُ النَّدَمِ، وَمِنْ أَلْسِنَتِنَا صِدْقُ الاعْتِذَارِ، فَأْجُرْنَا عَلَى مَا أَصَابَنَا فِيهِ مِنَ التَّفْرِيطِ أَجْرا نَسْتَدْرِكُ بِهِ الْفَضْلَ الْمَرْغُوبَ فِيهِ، وَنَعْتَاضُ بِهِ مِنْ أَنْوَاعِ الذُّخْرِ الْمَحْرُوصِ عَلَيْهِ. وَأَوْجِبْ لَنَا عُذْرَكَ عَلَى مَا قَصَّرْنَا فِيهِ مِنْ حَقِّكَ، وَابْلُغْ بِأَعْمَارِنَا مَا بَيْنَ أَيْدِينَا مِنْ شَهْرِ رَمَضَانَ الْمُقْبِلِ،

Salam olsun sənə, və min aydan xeyirli olan Qədr gecəsinə.

Salam olsun sənə, dünən necə də sənə qarşı könül vermişdik, sabah sənə necə də şövq bəsləyəcəyik.

Sənə və məhrum olduğumuz fəzilətinə salam olsun, bizdən alınan keçmiş bərəkətlərinə!

Ey mənim Rəbbim, onu dərk etməkdə bizə yardım göstərdin, bəxtlərinin pisliyindən fəzilətindən məhrum olan halda bizə vasitəsi ilə şərəf verdiyin mə’rifətinə bizlərə üstünlük verdiyinin ixtiyar sahibi sənsən, adətlərini bizə göstərdin, bizdə sənin köməyinlə onda namaz qılıb oruc tutmağa başladıq, onda çoxu azı yerinə yetirdik.

Ey mənim Rəbbim, pisliklərimizə, səhlənkarlığı-mıza iqrar etdiyimiz halla sənə həmd olsun, bir halda ki, qəlbimizdə qəti məzəmmət, dillərinmizdə sədaqətli üzrümüz vardır. Bu ayda təqsirlərmizə e’tiraf etdiyimizə görə bizə muzd ver ki, ürəklərimiz yatan fəzilətləri tədarük edən, əlaqəmiz olan ehtiyatın yerin tutsun.

(ardı var)


Etiketlər :

Həzrət İmam Zeynul-abidin əleyhissəlamın Ramazan ayı ilə vidalaşması duası