Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti

24 July 2026

10:59

۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-ci il şəvval ayının 15-i, miladi 2026-cı il aprel ayının 4-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi və İslam hərbi qüvvələrinin ilkin sərkərdəsi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti

Hicri-qəməri 1447-ci il şəvval ayının 15-i, miladi 2026-cı il aprel ayının 4-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi və İslam hərbi qüvvələrinin ilkin sərkərdəsi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Bu qəmli günü bütün müsəlmanlara təsəlli və başsağlığı deyirik.

Həzrət Həmzə (əleyhissəlam) Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) əmisi olmaqla bərabər o Həzrətlə yaş yaxınlığı olduğu üçün eyni zamanda Peyğəmbərin süd qardaşı da olmuşdur. Ona görə ki, onların hər ikisinin Suveybə adlı bir qadından süd əmmələri də tarixdə qeyd olunmuşdur.[1]

Həzrət Həmzə (əleyhissəlam) heybətli və çox şücaətli bir şəxs olmuş və İslam dininin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Uhud döyüşündə o Həzrəti Vəhşi adlı bir zənci döyüşçü Əbu Süfyanın arvadı və Muaviyənin anası Hindin sifarişi ilə şəhadətə yetirmişdir. Yazırlar ki, Bədr döyüşündə müsəlmanlar tərəfindən ata, qardaş və əmisini itirən Hind əvvəlcə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz anasının qəbrini dağıdır o Həzrətin anasına hörmətsizlik etmək fikrinə düşür. Lakin kafirlər öz ölülərinin qəbirlərinin müsəlmanlar tərəfindən dağıdılması qorxusundan bu fikirdən dönürlər. Ona görə də Hind böyük vədələr verərək Vəhşi adlı zənci bir döyüşçüyə çoxlu hədiyyələr boyun alıb onu həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) yaxud Əli əleyhissəlamı və ya həzrət Həmzəni (əleyhissəlam) qətlə yetirməyə təhrik etmişdir. Əbu Süfyanın arvadının bu istəyi müqabilində Vəhşi ona deyir: “Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və Əli əleyhissəlamı qətlə yetirməkdən acizəm, ona görə ki, Peyğəmbəri möhkəm qoruyurlar və Əli əleyhissəlam da döyüşdə çox ayıqdır, amma Həmzəni qətlə yetirmək üçün gizlənib fürsət taparam. Çünki Həmzə döyüş zamanı o qədər döyüşə qərq olur ki, mənim pusquda durmağımdan xəbəri olmaz.”

O Uhud müharibəsində nizə ilə həzrət Həmzənin mübarək sinəsini nişanlayıb həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) çox əziz olan bu şəxsiyyəti şəhadətə yetirmişdir. Həzrət Həmzənin qətlə yetirilmə xəbəri Əbu Süfyanın arvadı Hində çatdıqda o xəbis arvad özünü Həmzənin cənazəsinə yetirib onun sinəsini yarır və mübarək ciyərini çıxarıb dişləri ilə didib-çeynəmişdir. Həmçinin, Hind xəncər ilə həzrət Həmzənin qulaqlarını, burnunu və s. kəsib, onları sapa keçirərək boynundan asmışdır.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Həmzə Seyyiduş-şuhədanın cənazəsini o vəziyyətdə gördükdə çox narahat olmuş və ağlamışdır. Sonra həzrət Həmzənin bacısı Səfiyyə onun cənazəsini bu vəziyyətdə görməsin deyə, öz mübarək əbasını cənazənin üstünə salmış və belə buyurmuşdur:

"يا عم رسول الله و اسد الله و اسد رسوله... يا فاعل الخيرات، کاشف الکربات..."

Həzrət Əmirəl-möminin və Fatiməi-Zəhra (əleyhiməssəlam) və Səfiyyə və digər müsəlmanlar həzrət Həmzənin (əleyhissəlam) şəhadətində çox ağlamışlar.[2]

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) cənab Həmzənin mübarək bədəninə namaz qılmış və onu Uhud məntəqəsində dəfn etmişdir.

Həzrət imam Rza əleyhissəlam həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edr ki, o Həzrət buyurmuşdur:

“Əli mənim ən yaxşı qardaşım və Həmzə mənim ən yaxşı əmimdir.”

Bir daha bu qəm-qüssəli günü əziz müsəlman bacı-qardaşlara başsağlığı deyirik!

İltimas dua!



[1] Biharul-ənvar, cild 15, səh. 281

[2] Biharul-ənvar, cild 20, səh. 55


Etiketlər :

Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti