Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) təvəllüdü

24 July 2026

10:59

۳

Xəbərin xülasəsi :
Hicri qəməri 1447-ci il zil-qədə ayının 1-i, miladi 2026-cı il aprelin 19-u Əhli-beytin kəramətli xanımı, həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) sevimli qızı, həzrət imam Rza əleyhissəlamın əziz bacısı həzrət Fatimei Məsumə əleyhasəlamın təvəllüd günüdür.
آخرین رویداد ها

Bismilləhir Rahmənir Rahim

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) təvəllüdü

Hicri qəməri 1447-ci il zil-qədə ayının 1-i, miladi 2026-cı il aprelin 19-u Əhli-beytin kəramətli xanımı, həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) sevimli qızı, həzrət imam Rza əleyhissəlamın əziz bacısı həzrət Fatimei Məsumə əleyhasəlamın təvəllüd günüdür.

Bu sevimli gün eyni zamanda qızlar bayramı kimi qeyd olunur. Bu münasibətlə bütün müsəlman qızları, xüsusən Fatimei Məsumə əleyhasəlama məhəbbəti olan möminə xanımları səmimi təbrik edirik.

Həzrət Məsumənin (əleyhasəlam) həyatına qısa baxış:

Həzrət Məsumənin adı: Fatimei Kubradır

Məşhur ləqəbləri: Məsumə, Kərimə (Əhli-beytin kəramətli xanımı)

Atası: İmam Musa Kazim əleyhissəlam

Anası: Nəcmə Xatun (İmam Rza əleyhissəlamın anası)

Doğum günü: hicri qəməri 173-cü il, Zil-qədə ayının 1-i

Həyatı: 28 il

201-ci hicri-qəməridə İrana hicrət etmişdir, hicrət səbəbi əziz qardaşı imam Rza əleyhissəlamın görüşünə yetməsi olmuşdur.

Save məntəqəsinə çatdıqda Abbasilərin hücumuna məruz qalmış və onu müşayiət edənlərinin şəhadətə çatmasını görüb öz tövsiyəsi ilə Rəbiul-əvvəl ayının 23-ü Qum şəhərinə gəlmişdir. 17 gün müddətində bu şəhərdə sakin olmuş və rəbius-sani ayının 10-u vəfat etmişdir.

 Həzrət Fatimei Məsumə əleyhasəlamın uca mənəvi məqama malik olmasını bilmək üçün yalnız bunu qeyd etmək kifayətdir ki, Məsum imamlar (əleyhimussəlam) o Həzrətin tövsifində yüksək kəlamlar buyurmuşlar. Belə ki, Həzrət imam Kazim əleyhissəlamın övladları arasında həzrət Məsumə əleyhasəlam İmamların nəzərini özünə cəlb etmiş və o Həzrətin ziyarəti barəsində tövsiyələr etmişlər. Həzrət imam Sadiq əleyhissəlam, imam Rza əleyhissəlam və imam Cavad əleyhissəlam Xanım Məsumənin (əleyhasəlam) ziyarətinin böyük savaba malik olmasını qeyd etmişlər. Həzrət Sadiq əleyhissəlam Xanımın məqamını tanıyaraq onu ziyarət etməyin nəticəsini Behiştlə dəyərləndirmiş və onun şəfaətini bütün şiələrə şamil olduğunu bəyan etmişdir.

Həzrət imam Cavad əleyhissəlam hədisdə buyurur:

مَنْ زَارَ عَمَّتِی بِقُمَّ فَلَهُ الْجَنَّةُ

“Hər kəs Qum şəhərində bibim Məsuməni (əleyhasəlam) ziyarət etsə, yeri Behişdir.”

Mənbə: Biharul-ənvar, cild-48, səh. 316


Etiketlər :

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) təvəllüdü