Həzrət imam Rza əleyhissəlamın təvəllüdü
24 July 2026
10:59
۹
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əbul Həsən Ər-Rza əleyhissəlamın təvəllüdü
Hicri qəməri 1447-ci il zil-qədə ayının 11-i, miladi 2026-cı il aprelin 29-u imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın təvəllüd günüdür. Bu xoş və sevindirici gün münasibətilə həzrət Məhdi Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) təbrik deyir və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə gözaydınlığı veririk.
Həzrət Əli ibn Musa Rza əleyhiməssəlamın həyatına qısa baxış
Təvəllüd tarixi: Hicri qəməri 148-ci il zil-qəədə ayının 11-i müqəddəs Mədinə şəhəri;
Həzrətin imamət dövrü: Hicri 183-203 (20 ilə yaxın);
Əziz atası: Həzrət imam MusaiKazim əleyhissəlam və hörmətli anası: Xanım Nəcmə Xatun (əleyhasəlam);
Həyat yoldaşı: Səbikəye Nubiyyə (həzrət imam Cavad əleyhissəlamın hörmətli anası);
Məşhur ləqəbləri: Rza, Sabir, Ali Muhəmmədin alimi, Rəuf imam, Qəribul-qurəba, Saminul-Hucəc, Saminul-Əimmə, Zamine Ahu...
Həyatında hökumət edən hakimlər: Harun ər-Rəşid, Muhəmməd Əmin və Məmun;
Şəhadət tarixi: Hicri 203-cü il səfər ayının sonu, Məşhəd (Tus);
Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından
" اِنَّ الَّذِی یَطْلُبُ مِنْ فَضْلِ یَکُفُّ بِهِ عِیَالَهُ، اَعْظَمُ اَجْراً مِنَ الْمُجَاهِدِ فِی سَبِیلِ اللهِ ".
“Ailəsini dolandırmaq və onun məişətini təmin etmək üçün halal rizq və ruzi axtaran şəxs Allah yolunda cihad edəndən savab baxımından daha üstündür.”[1]