Həzrət Əli ibn Musa ər-Rzanın (əleyhiməssəlam) səadətli mövludu

24 July 2026

10:59

۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin İmam Əli ibn Musa ər-Rzanın (əleyhiməssəlam) səadətli mövludu haqqında açıqlamaları
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Səkkizinci İmam Əli ibn Musa ər-Rzanın (əleyhiməssəlam) səadətli mövludu münasibəti ilə Həzrət Ayətullah Fazil Lənkəraninin İmam Rza (əleyhissalam) haqqında açıqlamaları

(ardı)

Bismilləhir-Rahmənir-Rahim

Bəzi təbirlər çox təəccüblüdür. Əl-Hakim Nişapuri nəql edir və deyir: “Mən Əbul-Həsən Məhəmməd ibn Əli ibn Səhl əl-Fəqihdən belə dediyini eşitdim:” Dördüncü əsrin Şafii məzhəbli alimi və dövrünün böyük fəqihlərindən olan Məhəmməd ibn Əli ibn Səhl əl-Fəqihdən eşitdim ki, belə deyirdi:

»ما عرض لی مهمٌ من امر الدین و الدنیا، فقصدت قبر الرضا(علیه السلام) لتلك الحاجة ودعوت عند القبر الّا قضيت لي تلك الحاجة«

“Din və dünya ilə bağlı hər bir mühüm məsələ ilə üz-üzə qaldıqda və bu hacətim üçün Ər-Rzanın (əleyhissalam) qəbrinin ziyarətinə gedib, qəbrin başında dua etdimsə, mütləq ehtiyacım yerinə yetdi”. Şafii aliminin: “Hər bir mühüm məsələ ilə üz-üzə gəldikdə və bu hacətim üçün bu müqəddəs qəbrin yanına gedib, ədəb-ərkanla diz çöküb dua etdikdən sonra həmişə hacətimi almışam”- deməsi, çox heyrətamiz bir ifadədir.

» و فرّج الله عنی ذلک المهم و قد صارت هذه العادة إلی أن أخرج إلی ذلک المشهد فی جمیع ما یعرض لی، فانه عندي مجرب «

"Və Allah məni bu mühüm məsələnin yükündən azad etdi və bu vərdiş elə bir hala gəldi ki, başıma gələn hər bir işdə müqəddəs Məşhəd ziyarətinə gedirəm, çünki bu, mənə sabit olmuş bir təcrübədir."[1] Sözünün davamında deyir, artıq bu məsələ mənim üçün vərdiş olub, elə ki, bir hacətim olur Məşhəd ziyarətinə gedirəm. Həmin Hakimi Neyşaburi Məhəmməd ibn Əli ibn Səhl Fəqihdən nəql edir ki, istədiyim hər bir hacət istədimsə, mənim üçün yerinə yetirildi. Mən hətta yaşım yuxarı getdikdə və övlad sahibi olmaqdan ümidimi kəsəndə belə, Həzrətdən uşaq istədim, Allah mənə övlad verdi.

Bu müqəddəs məzar həmişə Şafii, Hənbəli və digər məzhəblərdən olan bütün sünni alimlərinin və böyüklərinin marağına səbəb olub və onlar İmama üz tutublar. Bu günlərdə bəzi vəhhabilərin sitat gətirdiyi bu sözlər: Ziyarət nə deməkdir? Bunlar qəbirpərəstdirlər... Bu kimi sözlər onların cəhalət, inadkarlıq və fitrətlərinin xəbisliyindən irəli gəlir. Bu, Əmirəl-mömininlə (əleyhissəlam) olan düşmənçiliklərinə əsaslanır, əks halda onlar Quran və rəvayətlərin qaynaqlarını, eləcə də sünni alimlərinin əməlini görsünlər ki, necə inamlı olmuşlar.

Sünni məzhəbinin ən görkəmli alimlərindən biri və V əsrin alimi olan Hakime Neyşaburi özü belə deyir: «وقد عرفنی الله من کرامات التربة خیر کرامة» Bu türbətdən Allah mənə ən gözəl kəramətləri yetirmişdi. «منها انی کنت متقرساً لا اتحرک إلا بجهد فخرجت وزرت و انصرفت إلی نوقان بخفین من کرابیس فأصبحت من الغد بنوقان[2] و قد ذهب ذلک الوجع وانصرفت سالماً إلی نیسابور»[3] Oynaqlarımın quruluğuna mübtəla olmuşdum və ancaq çətinliklə yeriyə bilirdim. İmamın ziyarətinə getdim, ağrı aradan getdi, sağ-salamat Nişapura qayıtdım.

Bu məsələlər inam tələb edir; kiminsə beynində zərrə qədər şübhə varsa, belə nəticəni əldə etməsi mümkün deyil. Cəbhədə olmaq nailiyyətini qazandığım günlərdə bu məsələni bir kitabda görmüşdüm, indi hansı kitab olduğunu xatırlamıram. Döyüşdə Əmirəl-möminin (əleyhissalam)-ın əsgərlərindən birinin barmağı kəsildi. İmam onu ​​çağırdı: “Yaxın gəl”. Sonra barmağını əlinə sıxıb nəsə pıçıldadı. Barmaq ilkin vəziyyətinə qayıtdı. Əsgər soruşdu: “Nə isə oxudunuz?”. İmam buyurdu: Bəli, mən mübarək Həmd surəsini oxudum. Əsgər soruşdu: Həmd surəsinin bu təsiri varmı? Tərəddüd etməklə, barmağı yenidən qopdu.

İmam Rzanın (əleyhissalam) həcc ziyarəti haqqında deyilir: «من زاره عارفاً بحقّه» təkcə imamət məsələsi deyil ki, biz bunların Allahın dəlili və hüccəti olduğuna inanaq. Daha doğrusu, imamların həqiqi mərifətini və şənini dərk etməyin əsas nişanəsi budur ki, biz onları İlahi lütfün vasitəçisi kimi görək və onları duaların qəbulunda ən yaxın səbəb və güclü vasitəçi hesab edirik.

İndi insanın düzgün əqidəsi yoxdursa, soruşa bilər ki, heç bir həkimin sağaltmadığı bu xəstəliyi İmam Rza (əleyhissəlam) sağalda bilərmi? Bu şübhələr İmamın (əleyhissalam) haqqına mərifət və elm tapmağı inkar etməkdir. Biz onların haqqını bilməliyik. Bu şifa vermək və cəhalətin aradan qaldırılması çətin bir şey deyil. İmam Rzanın (əleyhissalam) hərəmində İmamın lütfü ilə insan bir anda bütün Quranı əzbərləyə bilər. Əhəmiyyətli olan tövhidin insan ruhunda gerçəkləşməsidir və bu ziyarətlər insanın tövhidini gücləndirmək üçün bir müqəddimədir. «اللهم إنی اتقرب إلیک بهم» dedikdə, bu ziyarətlər vasitəsilə Allaha yaxınlaşırıq. İnsan hər bir ziyarətdə görməlidir ki, onun tövhidi güclənib, ya yox. İmamın özünə inamı artıb, yoxsa yox?

Bütün şərəfli ziyarətgahlarda oxunan “Ziyarətül-varis” ziyarətnaməsində hər bir imamın bütün peyğəmbərlərin varisi olduğunu görürük.  İmam Rza (əleyhissalam)-ın ziyarəti dedikdə, həzrət Adəm, İbrahim, İsa və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və Əmirəl-möminin (əleyhissəlam)-ın ziyarəti nəzərdə tutulur. “Varis ziyarəti” ifadəsinin mənası elə budur. Bu o deməkdir ki, biz səkkizinci İmamı ziyarət etdiyimiz anda bütün ilahi peyğəmbərləri və məsum imamları da ziyarət edirik. İnsan bilməlidir ki, bu çox adi və kiçik bir məsələ deyil. Böyük alimlərimiz, mərhum atam, Allah ondan razı olsun, səkkizinci İmamı (əleyhissalam) ziyarət etməyə böyük sevgi bəsləyirdilər. Qəribə idi ki, səhhətinin yaxşı olduğu və xidmətində Məşhədi ziyarət etdiyimiz günlərdə gündə üç dəfə ziyarətə gedər, hər dəfə ziyarəti iki saat davam edərdi. Bu, bütün din alimlərimizin və böyüklərimizin ənənəsi olub və hazırda da belədir.

Biz tələbələr daha çox diqqət yetirməliyik. Nəql edilir ki, mərhum Ayətullah Hacı Şeyx Mürtəza Hairi (Allah ondan razı olsun), elm hövzəsi hətta iki gün olsa belə, tətil olardısa, elə bu avtobuslarla və tapa bildiyi hər hansı nəqliyyat vasitəsilə, çətinliklə ziyarətə gedib, ziyarət edər və geri qayıdardı. Bəzi alimlər Qumdan Məşhədə gedir, yarım saatlıq ziyarət edib geri qayıdardılar.

Bunlar çox əhəmiyyətlidir, gəlin bu fürsətləri əldən verməyək. O böyük əhli-sünnə alimi deyəndə ki, nə vaxt dini və ya dünyəvi istəyim olsa, İmam Rzanın (əleyhissalam) ziyarətinə gedib, ondan kömək istəyərdim, biz də ondan yararlanmalıyıq.

İkinci məqam, son zamanlarda “Müqəddəs Hörümçək” filmini çəkməklə bu nəcib İmamın müqəddəs məqamına təhqirlə yanaşanlara qarşı güclü nifrət ifadə etməkdir.

İnsan bunlar haqda hansı təbiri etsin? İmamı tanımırlar və bu işlərin pərdəsi arxasında istəkləri budur ki, dindarların və şiələrin gözündə onların müqəddəs inanclarını zəiflədib, aradan aparsınlar. Sadəlövh təxəyyüllərə qapılaraq min ildən artıq dövrdə xalqın müqəddəs ziyarətgaha sevgi və eşqlə bəslədiyi etiqadının qarşısını təhqiramiz bir filmlə almağa çalışırlar. Üçüncü və dördüncü əsrlərdə yazılan bəzi sünni kitablarında, heç bugünkü  təşkilatın mövcud olmadığı bir vaxtda, Harun ər-Rəşidin qəbrinin kənarında dam qoyulmuş və bir qrup orada davamlı olaraq etikafa çəkilmişlər. Bu tarixi olan inancı insanlardan almaq olarmı? Bu heç vaxt baş verməyəcək.

Bu filmi çəkənlər və onun mükafatını alanlar bədbəxt insanlardır, dünya əsiridirlər, dünya istəklərinə, dünyapərəstliyə, maddiyyata bulaşmış insanlardır. Ona görə də, onlar hər hansı bir şəkildə özlərini məhv etməyə hazırdırlar, boş yerə əl-qol atıb, çırpınırlar. Görəsən, bir neçə əziz tələbəmizin İmam Rzanın (əleyhissalam) hərəmində şəhadətə çatdırılması xalqın İmam Rza (əleyhissalam) və ya ruhanilərə baxışlarının dəyişməsinə səbəb oldu? Nəyi axtarırlar? Əksinə, bu işlərlə onlar tələbələri gələcəkdə bir-biri ilə daha çox həmahəng olmağa və iradələrini daha da gücləndirməyə sövq etdilər ki, səkkizinci İmam (əleyhissalam) və şiə məzhəbi ilə bağlı öz vəzifələrini daha yaxşı yerinə yetirə bilsinlər.

Ümid edirəm ki, bu mübarək gündə Allah-Taala hamımızı Həzrətin həqiqi zəvvarlarından qərar versin.

Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh



[1] Fəraidus-səmətəyn, cild-2. Səh. 220 (Tarixi Nişapurdan nəql etmişdir)

[2] Həzrətin dəfn edildiyi məkan.

[3] Həmin mənbə, cild-2, səh. 202

Etiketlər :

Səkkizinci İmam Əli ibn Musa ər-Rzanın (əleyhiməssəlam) səadətli mövludu münasibəti ilə Həzrət Ayətullah Fazil Lənkəraninin İmam Rza (əleyhissalam) haqqında açıqlamaları