Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti

12 August 2026

22:59

۱

Xəbərin xülasəsi :
Hicri qəməri 1448-ci il səfər ayının sonu, miladi 2026-cı il avqustun 13-ü imamət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli ibn Musa Rza əleyhissəlamın şəhadəti

Hicri qəməri 1448-ci il səfər ayının sonu, miladi 2026-cı il avqustun 13-ü imamət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın şəhadət günüdür. Bu böyük və kədərli müsibəti həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) və bütün Əhli-Beyt sevərlərinə təsəlli və başsağlığı deyirik.

Həzrət Əli ibn Musa Rza əleyhiməssəlamın həyatına qısa baxış

Təvəllüd tarixi: Hicri qəməri 148-ci il zil-qəədə ayının 11-i müqəddəs Mədinə şəhəri;

Həzrətin imamət dövrü: Hicri 183-203 (20 ilə yaxın);

Əziz atası: Həzrət imam MusaiKazim əleyhissəlam və hörmətli anası: Xanım Nəcmə Xatun (əleyhasəlam);

Həyat yoldaşı: Səbikəye Nubiyyə (həzrət imam Cavad əleyhissəlamın hörmətli anası);

Məşhur ləqəbləri: Rza, Sabir, Ali Muhəmmədin alimi, Rəuf imam, Qəribul-qurəba, Saminul-Hucəc, Saminul-Əimmə, Zamine Ahu...

İmaməti dövründə hökumət edən hakimlər: Harun ər-Rəşid, Muhəmməd Əmin və Məmun;

Şəhadət tarixi: Hicri 203-cü il səfər ayının sonu, Məşhəd (Tus);

Həzrət imam Rza  əleyhissəlamın dürəfşan kəlamlarından

اعْلَمُوا اَنَّـكُم لاتَشْكُرونَ اللّه َ تَعالى بِشَىْ ءٍ بَعْدَ ايمانٍ بِاللّه ِ و بَعْدَ الاْعْتِرافِ بِحُقوقِ اَولياءِ اللّه مِنْ آلِ مُحَمَّدٍ رَسولِ اللّه ِ صلي الله عليه و آله احَبَّ اِلَيْهِ مِنْ مُعاوَنَتِكُم لاِخْوانِكُمُ الْمُؤْمِنينَ عَلى دُنْياهُم

“Bilin ki, Allaha iman gətirdikdən və Allahın Peyğəmbəri Muhəmmədin (ona və ailəsinə Allahın salamı və salavatı olsun) ailəsindən olan Allahın övliyalarının haqqını tanıdıqdan sonra mömin qardaşlarınıza dünya işlərində köməklikdən Allaha şükür etməkdən daha çox xoş gələn bir əməl yoxdur.”

Mənbə: Uyun əxbar Rza əleyhissəlam, cild-1, səh. 180

İltimas dua


Etiketlər :

Həzrət Əli ibn Musa Rza əleyhissəlamın şəhadəti