Həzrət imam Rza əleyhissəlamın şəhadəti
03 September 2026
04:53
۴۰
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Rza əleyhissəlamın şəhadəti
Hicri qəməri 1447-ci il zil-qədə ayının 23-ü, miladi 2026-cı il may ayının 11-i bəzi nəzərlərə əsasən, həzrət Əbul-Həsən Əli ibn Musa ər-Rza əleyhiməssəlamın şəhadət günüdür. Bu günün gecəsində Həzrətin xüsusi ziyarəti də nəql edilmişdir, belə ki, bu ziyarətin böyük savabı və təsiri vardır. Bu münasibət ilə həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) təsəlli deyir və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə, məxsusən imam Rza əleyhissəlamın ziyarətinə əlaqəli olanlara başsağlığı veririk. Ümid edirik bütün möminlər o Həzrətin mərhəmətli və şəfqət nəzərindən məhrum olmayalar, inşa Allah!
Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından:
“سُئِلَ اَلنَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَكُونُ اَلْمُؤْمِنُ جَبَانا قَالَ نَعَمْ قِيلَ وَ يَكُونُ بَخِيلا قَالَ نَعَمْ قِيلَ وَ يَكُونُ كَذَّابا قَالَ لاَ”
“Rəsuləllahdan (sallallahu aleyhi və alih) sual etdilər ki, mömin olan şəxs qorxaq ola bilərmi? Həzrət buyurdu, bəli. Yenə sual etdilər ki, (mömin) paxıl olarmı? Həzrət buyurdu, bəli. Sonra sual edildi ki, (mömin olan) yalan danışarmı? Həzrət buyurdu, xeyr!”[1]