Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

24 July 2026

10:59

۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1447-ci il zil-qəədə ayının sonu, miladi tarixi 2026-cı il may ayının 17-i imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1447-ci il zil-qəədə ayının sonu, miladi tarixi 2026-cı il may ayının 17-i imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. 

Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Vəliyyi-Əsr həzrət Sahib əz-Zamana (Allah onun şərəfli zühurunu tezləşdirsin), sonra bütün dünya müsəlmanlarına və Peyğəmbər xanədanını (sallallahu əleyhi və alih) sevən və onların yolunu davam etdirən, xüsusən xalqımızın mömin və əzadar təbəqəsinə təsəlli və başsağlığı deyirik!

Həzrət imam Muhəmməd Təqi əleyhissəlam

On iki imam şiələrinin doqquzuncu imamı;

Təvəllüdü: Hicri-qəməri 195-ci il rəcəb ayının 10-u;

Atası: Həzrət Əbul-Həsən Əli ibn Musa (əleyhiməssəlam);

Anası: Mariyəi-Qibtiyyənin nəslindən olan Səbikəye Nubiyyə olmuşdur, həmçinin imam Rza əleyhissəlam onu Xəyzuran adlandırmışdı;

Kunyəsi: Əbu Cəfər və Əbu Əli;

Məşhur ləqəbləri: Doqquzuncu imam, Cavad, İbnur-Rza (ə), Təqi;

Həyat yoldaşı: Ummul-Fəzl (Abbasi xəlifəsi Məmunun qızı); Səmaneye Məğribiyyə Həzrətin bütün övladları bu xanımdan dünyaya gəlibdir;

Övladları: Əli (İmam Hadi əleyhissəlam), Musa, Fatimə və Əmamə (Bəzi tarixi mənbələrdə Həzrətin dörd qız övladının adları zikr edilmişdir: Həkimə, Zeynəb, Fatimə və Xədicə);

Şəhadəti: Məşhur nəqlə əsasən, hicri-qəməri 220-ci il zil-qə`də ayının son günü;

Məzarı: İraqın Kazimeyn şəhəri, cəddi həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) müqəddəs məzarı kənarında dəfn edilmişdir.

Həzrət imam Cavad əleyhissəlamın gövhərbar kəlamında

لاتکن وَلِی اللّهِ فِی العَلانيه وَ عَدُوّاً لَهُ فِی السِّرِ

“Aşkarda və zahirdə Allah-taalanın dostu, batində və gizlində isə Onun düşməni olma!”[1]



[1] Əlamud-din, səh. 309

Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti